LSS MFL 2019/20 Liqasının XXIII turu: “Tiyaqani”dən darmadağın, “Lokomotiv Baku”dan vacib qələbə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XXIII turu: “Tiyaqani”dən darmadağın, “Lokomotiv Baku”dan vacib qələbə – FOTO – VİDEO

16:30 - 28 / 02 / 2020
LSS MFL 2019/20 Liqasının XXIII turu: “Tiyaqani”dən darmadağın, “Lokomotiv Baku”dan vacib qələbə – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 23-cü turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 23-cü turda İnfinity konferensiyasının ən qollu qarşılaşması “Army United” – “Baku Eagles” oyunu olub – 13 qol. Rəqibinə 9:4 hesabı ilə qalib gələn “qartallar” meydanı üç xalla tərk ediblər.

Çempionluq uğrunda mübarizə aparan “Tiyaqani” “Kontakt Home” komandasını meydana çıxmağa peşman edib. Belə ki, rəqibinin qapısından 6 cavabsız top keçirən birincilər qələbəni qeyd ediblər.

“Baku Juniors” isə ”Driffters”in qapısına 5 dəfə yol tapıb. İkincilərin gücü yalnız təsəlli qoluna çatıb.

23-cü turda Platinum konferensiyasında ən qollu görüş “Khazar FC” – “Ataman” oyunu oldu – 12 qol. Rəqibinə 9:3 hesabı ilə qalib gələn “Ataman” növbəti üç xalını qazandı. “AgroSport” isə 7:4 heabı ilə “Gres Severnıy” komandasından üstün oldu.

Turun mərkəzi qarşılaşması “Peçat Dönər”lə “Lokomotiv Baku” komandaları arasında baş tutub. Kifayət qədər gərgin mübarizə şəraitində keçən görüşdə güclü rəqibinə 4:1 hesabı ilə qalib gələn “Lokomotiv Baku” sevinən tərəf olub. “Dönərçilər” isə dördüncü dəfə məğlubiyyət acısı dadıblar.

23-cü turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

İnfinity konferensiyasının şəriksiz lideri olan “Squadra” komandasının böyük təcrübəyə malik olan həkimi Səbuhi Hacıyev bizə müsahibəsində həm çalışdığı komanda, həm də ki, ümumi olaraq həkimlik təcrübəsi barədə bəzi suallarımızı cavabladı. Buyurub izləyə bilərsiniz.

Geridə qalan 23 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 23 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
695

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər