“Made in Uzbekistan Textile” onlayn B2B görüşləri keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Made in Uzbekistan Textile” onlayn B2B görüşləri keçiriləcək

11:25 - 04 / 08 / 2020
“Made in Uzbekistan Textile” onlayn B2B görüşləri keçiriləcək

İkinci “Made in Uzbekistan” biznes forumu 25-27 avqust tarixlərində baş tutacaq. Bu dəfə forum tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün imkanlar təqdim edəcək.

Hazırda Özbəkistan ixrac üçün iri həcmdə pambıq lifi, iplik və hazır məhsullar təklif edir. Bu səbəbdən Azərbaycan alıcıları və tekstil məhsulları istehlakçıları üçün "Made in Uzbekistan" onlayn biznes forumu qısa müddət ərzində tərəfdaş tapmaq, Özbəkistanda parça istehsalçıları ilə işgüzar əlaqə yaratmaq üçün əla fürsət olacaq.

İşgüzar görüşlər çərçivəsində Özbəkistandan yüksək keyfiyyətli kompakt ipliklər və iplər, ev tekstili, naxışlı və boyanmış parçalar, uşaqlar üçün trikotaj, corab məhsulları, cod cuna və bez parça, bint (tənzif), tibbi geyim, tibbi maskalar, aksesuarlar, boyalar, xüsusi geyimlər, habelə hər ölçüdə və növdə parça boyama xidmətləri və digər məhsul və xidmətlərlə məşğul olan 27 şirkət iştirak edəcək.

Artıq qeydiyyatdan keçmiş Özbəkistan şirkətləri arasında "Urganch Baxmal" MMC, “Allıance Textıle”, “Oqsaroy Textile”, “Khantex-Group”, “Textıle Fashıon” MMC, “Imron Textıle Group” və s. kimi şirkətləri qeyd etmək olar. Forumda iştirak edən özbək istehsalçılarının tam siyahısı ilə linkdən keçərək tanış ola bilərsiniz: https://b2b-uz-textile.ceo.az/welcome-az

Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribütorları, geyim müəssisələrinin mütəxəssisləri, atelyelər, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunur.

Biznes forumun proqramına daxildir:

* Azərbaycan və Özbəkistan arasında tekstil sektorunda işgüzar dialoq perspektivlərini müzakirə edəcəyi plenar iclas - 25 avqust.

* iki günlük intensiv b2b ikitərəfli görüşlər - 26-27 avqust.

İkitərəfli görüşlər “Caspian Event Organisers” şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış tam avtomatlaşdırılmış platformada keçiriləcəkdir. Bu proqram şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır. 

Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b-uz-textile.ceo.az/register-as-importer-az

"Made in Uzbekistan Textile" Online B2B-nin təşkilatçıları qismində  Özbəkistan Respublikası İnvestisiya və Xarici Ticarət Nazirliyi nəzdində İxracın Təşviqi Agentliyi, Özbəkistanın "Uztekstilprom" tekstil və tikiş-trikotaj sənayesi Assosiasiyası, Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi çıxış edir. Tədbirə təşkilati dəstəyi isə “Caspian Event Organisers” (“CEO”) şirkəti göstərir.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər