Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir

18:48 - 11 / 12 / 2019
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir. 

Yaradılacaq yeni loqotip dizaynı özündə Dövlət Xidmətinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir. Loqotipdə ölkəmizin zəngin maddi irs nümunələrinə, onların elementlərinə xüsusi yer verilməli, sadə, rahat anlaşılan, orijinal, rəngli və konseptual görünüşlü olmalıdır. Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir. Qalib gəlmiş loqotip istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Təqdim olunan loqotiplərin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə), vektor versiyası (*eps, *ai, *cdr) olmalıdır.

Müsabiqəyə istənilən şəxs və ya şirkət qatıla bilər. Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Faylın ölçüsü 5 meqabaytdan artıq olmamalıdır. Layihəni təqdim edən şəxs adı, soyadı, əlaqə nömrəsi, işlədiyi və ya oxuduğu müəssisəni qeyd etməlidir.

Təklif olunacaq eskiz və layihələr 10 yanvar 2020-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə və ya Üzeyir Hacıbəyli 84, Hökumət evi, 2-ci mərtəbə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim edə bilər.

Təqdim olunan təkliflərə komissiya tərəfindən baxılaraq müsabiqənin qalibi elan olunacaq. Müsabiqənin qalibinə 1500 (bir min beş yüz) manat məbləğində mükafat təqdim ediləcək.

1news.az

Paylaş:
715

Son xəbərlər

Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58
Bütün xəbərlər