ru

Rəsmi

25 İyun saat 17:28

Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib – FOTO

Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib – FOTO

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəldi.

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşdü, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verdi.

S.Xankişiyeva

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur