Meksika Deputatlar Palatasında “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi anılıb | 1news.az | Xəbərlər
Siyasət

Meksika Deputatlar Palatasında “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi anılıb

12:03 - 22 / 01 / 2020
Meksika Deputatlar Palatasında “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi anılıb

Meksika Deputatlar Palatasının üzvü, hakimiyyətdə olan “Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri deputat Aqustin Qarsiya Rubio Meksika parlamentində “20 Yanvar” faciəsi ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib və müvafiq bəyanat yayıb.

Azərbaycanın Meksikadakı səfirliyindən 1news.az-a verilən məlumata görə, bəyanatda “20 Yanvar” faciəsi Azərbaycan xalqına qarşı törədilmiş cinayət və misli görünməmiş vəhşilik adlandırılır. O zaman kommunist partiyasının baş katibi olan Mixail Qorbaçovun əmri ilə SSRİ ordusunun zirehli texnika və tanklarla silahlanmış böyük kontingentinin Azərbaycana yürüdülərək paytaxt Bakı şəhərinə daxil olduğu deyilir, bu qərar sovet rejiminin süqutunun qarşısının alınması və Azərbaycan xalqının müstəqillik hərəkatının məhvi məqsədini daşıyan son uğursuz addım adlandırılır.

Bu dəhşətli hadisələrin nəticəsində 150 günahsız insanın soyuqqanlılıqla qətlə yetirildiyi və 700 nəfərin ağır yaralandığı, bir çoxlarının itkin düşdüyü bildirilir. Dünya ictimaiyyətinin bu vəhşiliklər barədə məlumat almasına imkan verməmək məqsədilə sovet ordusu tərəfindən Azərbaycan televiziyasının enerji blokunun sıradan çıxardıldığı deyilir. “Qara Yanvar” adlandırılan Azərbaycan tarixinin bu səhifəsi qurbanlarının anılması üçün yüz minlərlə azərbaycanlının hər il Bakıdakı “Şəhidlər Xiyabanı”nı ziyarət etdiyi, bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən “20 Yanvar” qurbanlarının xatirələrinin yad edildiyi deyilir. Matəm kimi qeyd edilən bu günün eyni zamanda Azərbaycanın müstəqillik yolunda vacib tarixlərdən hesab edildiyi vurğulanır və bunun nəticəsi kimi 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğu qeyd olunur.

“20 Yanvar” faciəsi barədə “Human Rights Watch” insan hüquqları təşkilatının yazdıqlarından sitat gətirilərək silahsız insanlara qarşı sovet ordusunun tətbiq etdiyi gücün o qədər qeyri-proporsional olduğu deyilir ki, buna kollektiv cəza adı verildiyi bildirilir.

Azərbaycan xalqının müstəqilliyini böyük qurbanlar bahasına əldə etdiyi deyilir və “Qara Yanvar” hadisələrin bu tarixin çətin səhifələrindən biri olduğu qeyd olunur. “20 Yanvar” qurbanları xatirəsinin bütün dünya ictimaiyyəti tərəfindən anılması bu kimi dəhşətli hadisələrin bir daha heç yerdə təkrarlanmayacağına töhfə ola biləcəyi vurğulanır.

S.Xankişiyeva

 

Paylaş:
719

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər