Məleykə Abbaszadədən tələbə adı qazananlara MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadədən tələbə adı qazananlara MÜRACİƏT

11:07 - 24 / 09 / 2020
Məleykə Abbaszadədən tələbə adı qazananlara MÜRACİƏT

Tələbə adını qazananların siyahısının dərc olunduğu “Abituriyent” jurnalının 7-ci nömrəsini sentyabrın 25-də səhər saatlarından etibarən əldə etmək mümkün olacaq.

Dövlət İmtahan Mərkəzindən (DİM) 1news.az-a verilən məlumata görə, jurnalda DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin tələbə adı qazananlara təbriki də yer alıb.

Təbrikdə deyilir: “2020-ci il tək bizim üçün deyil, həm də bütün dünya üçün gözlənilməz oldu. Koronavirus pandemiyası nəti­cəsində yaranan böhran gündəlik vərdişlərimizi və həyat tərzimizi köklü surətdə dəyişdirdi. Virusla bağlı vəziyyət həyat tərzimizin bir neçə həftə, hətta bir neçə gündə necə dəyişə biləcəyini göstərdi. Bu il, həyatı­mızın bütün sahə­lərinə, xüsusilə təhsil sisteminə ciddi təsir göstərdi. Təhsil müəssisələrinın fəaliyyəti dayan­dırıldı, qısa müd­dətdə məsafədən (distant) təhsilə məcburi keçid həyata keçiril­di, təhsilin bütün pillə və səviyyələrində tədris prosesinin yenidən qurul­ması zərurəti yarandı.

Təbii ki, Dövlət İmtahan Mərkəzi tərə­fin­dən keçirilən bütün imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksi­yasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı töv­siyə­ləri nəzərə alınmaqla sosial məsafənin qorunması, im­ta­han verənlərin sayına ciddi məhdu­diyyətin qoyul­ması və yalnız Operativ Qərargahın müəyyən etdiyi digər şərtlərin yerinə yetirilməsi ilə həyata keçirildi.

Bu tədris ilində sizin, builki məzunların, üzərinə böyük yük düşdü. Siz sələflərinizin rastlaşmadığı bir şəraitdə təh­silinizi davam etdirmək məcburiyyətində qaldınız. La­kin məhz çətinliklərə sinə gərməkdə, onlara qalib gəl­mək­də insan xarakterinin ən yaxşı tərəfləri özünü büruzə verir. Yaranan çətinliklərə baxmayaraq, inadla çalışmaq və qarşınızda qoyduğunuz ümdə məqsədlərə çatmaq üçün irəliləməyə can atmağınız sizin uğurunuzun rəhnidir.

Biz sizi, yenicə tələbə adını qazanmışları bu mü­rəkkəb ildə əldə etdiyiniz layiqli qələbə münasibətilə səmimi olaraq təbrik edirik. Gələcəkdə də qarşınıza çıxa biləcək çətinliklərə təslim olmamağa çalışın. Həmişə pozitiv dəyi­şik­liklərə can atın, ailənizə, cə­miy­yə­tə, bütövlükdə Res­publikamıza vicdanla xidmət etmək və layiqli vətən­daş olmaq üçün bütün im­kan­larınızı səfərbər edin!

Əziz tələbələr, Dövlət İmtahan Mərkəzi sevincinizi bölüşür. Biz qəbul kampaniyasının bütün mərhə­lə­lərində sizinlə olduq, imtahanlara hazırlaşmaqda sizə daim yar­dımçı olmağa çalışdıq. Bu məqsədlə buraxılış və qəbul im­tahanları proqramlarından ümumi təhsil müəs­sisə­lərində martın 1-dən sonra tədris olunan mövzular çıxarıldı, yazılı cavab tələb edən açıq tipli test tap­şırıq­larının sayı yarıbayarı azaldıldı. Mərkəz tərə­fin­dən rəsmi materialların, test toplularının, elmi-meto­diki vəsaitlərin nəşri, "Vizuallaşdırılmış dərs" sosial layihəsinin həyata keçirilməsi, müxtəlif internet xid­mətlərinin göstərilməsi sizin imtahanların məzmunu, texnologiyası və təşkili haq­qında məlumatlı olmağınıza xidmət etmək məqsədi daşıyırdı.

Dostlar, bu il vəziyyətin mürəkkəb olduğu şəraitdə, yüksək nəticə göstərərək tələbə adını qazanmışları gör­mək xüsusən sevinc doğurur. Bugünkü uğurunuzda, həm­çinin sizin valideynlərinizin və müəllimlərinizin xidməti danıl­mazdır. Biz onlara da sizin təhsil nailiy­yətləriniz üçün böyük zəhmət çəkdiklərinə görə öz minnətdarlığımızı bil­di­ririk. Onlar sizi öyrətmiş, qar­şınıza qoyduğunuz məq­sə­də çatmaq üçün pozitiv emosiyalar aşılamağa çalışmışlar və bu gün də səmimi olaraq uğurlarınıza sevinirlər.

Əziz tələbələr, sizi bir daha təbrik edir və seçdiyiniz işdə əsl peşəkar olmaq üçün səylə bilik, bacarıq və vər­diş­lərə yiyələnməyinizi arzu edirik! Bu gün, sözün əsl mə­na­sında, qarşınızda bütün dünya açıqdır. Məq­səd­lərinizə nail olmaq üçün imkanların tükən­məzliyinə əmin olun. Səhv etməkdən qorxmayın. Uğur­suz­luqlar və prob­lem­lər qarşısında təslim olmayın. Yadı­nızda saxlayın, demək olar ki, hər bir vəziyyətdən çıxış yolu var. Öz üzərinizdə daim çalışsanız, can atdığınıza mütləq nail olacaqsınız!”

Qafar Ağayev

Paylaş:
437

Son xəbərlər

Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58
Bütün xəbərlər