ru

Cəmiyyət

16 İyul saat 17:00

Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb

Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini mərhum general-mayor Məhəmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akademiyasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.

1news.az-DSX-dən verilən xəbərə görə, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev DSX Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.

E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sərhədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gələcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

S.Xankişiyeva

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur