ru

Cəmiyyət

6 Noyabr saat 16:35

Merilin Monro ilə eşq yaşayan ABŞ prezidenti - MARAQLI FAKTLAR

Merilin Monro ilə eşq yaşayan ABŞ prezidenti - MARAQLI FAKTLAR

Hətta dostları və amerikalı arvadbazlar onun barəsində bu fikri deyiblər: "Onun yanında istənilən qadını qoymaq çox təhlükəlidir"

1news.az ölkə.az-a istinadən bildirir ki, o, ABŞ tarixində ən varlı iki prezidentdən biri olub və onu yalnız indiki prezident Donald Tramp varidatına görə üstələyir. Barəsində söz açdığımız şəxs ABŞ-ın 35-ci prezidenti Con Kennedidir və onun varidatı 1,1 milyard dollar təşkil edib.

Kennedi kim olub?

ABŞ tarixində Kennedi klanından başqa heç bir prezidenti  praktik olaraq kral ailəsi hesab etmək  mümkün deyil.  Ancaq Kennedi ailəsinin hər bir üzvü hakimiyyətdə yüksək vəzifə tutub.

İrlandiya əsilli varlı ailədən çıxan Cona varidat irsi olaraq çatıb. Onun atası ölkənin ən imkanlı və təmin olunmuş insanlarından biri olub. Conun atası ABŞ prezidenti Ruzveltin ən yaxın dairəsində olan insanlardan biri olub. Bu səbəbdən də ata övladlarının hansısa birinin gələcəkdə ölkədə yüksək siyasi karyeraya malik olması arzusunda olur. Lakin o, Con Kennedi yox, böyük qardaşı Cozefin siyasi səhnədə parlamasını istəyir. Çünki ikinci oğlu xəstə və bir qədər zəif olub. Amma buna baxmayaraq  Con məktəbi pis oxumadı, daha sonra isə Con Harvardı bitirdi.

Necə deyərlər, sən saydığını say, gör fələk nə sayır... Cozefin ölümündən sonra atası heç ağlına da gətirməzdi ki, Kennedi məcburiyyət qarşısında Conun siyasi karyera əldə etməsinə çalışacaq. Bunun üçün ilk olaraq gələcək dövlət başçısını evləndirmək lazımdır.

Con Kennedi gələcək həyat yoldaşı Jaklinlə tanış olmamışdan öncə  müxtəlif əyləncəli tədbirlərdə iştirak edərək, gənc xanımlarla əylənməyə üstünlük verərmiş. Gənc xanımlar da onunla vaxt keçirməyə maraqlı idilər, ancaq onun belə olmasına baxmayaraq, sanki, harasa tələsərdi. Onunla bir yataqda olan gənc xanımlar deyərdilər ki, Con bir gözü ilə saatın əqrəbinə baxaraq sekslə məşğul olub. Onunla məşuqə həyatını yaşayan qadınlardan biri deyib ki, o, ətrafındakı qadının keyfiyyətinə yox, daha əylənməyə üstünlük verərdi. Conun yaxın dostları onun bu hərəkətinə görə deyərdilər: "Conun yanında hər hansı qadını qoymaq çox təhlükəlidir. Bu, istər sizin bacınız, arvadınız və yaxud da ananız olsun".

Krala layiq möhtəşəm toy
 
1953-cü ilin sentyabrında ABŞ-da çox dəbdəbəli bir toy təşkil edildi. Gələcək birinci ledi, gələcək prezidentlə ailə həyatı qururdu. O zaman Con Kennedi artıq Massaçusets ştatından senator idi.
Con Kennediyə həyat yoldaşını isə onun razılığı ilə atası seçir. Yəni seçiləcək qadın dövlət xadiminin həyat yoldaşı roluna uyğun gələn birisi olsun.
Düzdür, nə gələcək birinci ledi, nə də onun ailəsi təmtəraqlı toy olmasını istəməyib və bunun əleyhinə çıxıblar. Ancaq ata Kennedi belə istəyib. Toyda iki minə yaxın qonaq iştirak edirdi. Toyda hətta Hollivud ulduzları belə iştirak ediblər. Cütlük bal ayını isə Meksikadakı ən dəbdəbəli  kurortlardan birində keçirir.
Cütlüyün kəbini Nyuportdakı katolik kilsədə kəsilir və ona xeyir-dua məktubunu şəxsən XII Poma Papası olan Piy göndərir və nikah mərasimində onun məktubu oxunur. Onu da qeyd edək ki, Con Kennedi indiyədək 45 ABŞ prezidenti arasında olan yeganə katolik prezidentdir. Con Kennedinin ailə həyatı qurduğu xanımda katolik olub. Nikah mərasimində bəy gəlinə "Van Cleef & Arpels"dən  zümrüdlü brilyant üzük hədiyyə edib.

Lakin Jaklinə edilən bu hədiyyə onun elə də xoşuna gəlməyib. O, Ağ Evə köçdükdən sonra üzüyün dizaynını dəyişdirərək, ora daha böyük həcmli, 2,88 karatlıq brilyant yerləşdirib.

Ağ Evi dəyişdirən birinci ledi

Ağ Evə köçdükdən sonra Jaklinin əsas işi orada abadlıq işləri ilə məşğul olmaq oldu. O vaxtadək Ağ Evdəki prezident otaqlarını dünyaya hakim dövlət başçısının otağına bənzətməyə çalışırdılar.  Deyilənlərə görə, otaqlarda zövqsüz və ucuz mebellər olub. Odur ki, Jaklin Ağ Evdə ciddi rekonstruksiya işlərinə başlayır. Bu məqsədlə o, Parisdən Vaşinqtona dizaynerlər dəvət edir. Təmir üçün ayrılan vəsait yetmədiyindən Jaklin milyarderlər, kolleksionerlər və digər imkanlılardan təmir üçün maddi yardım ayrılması istiqamətində iş görür. Onun məqsədi Ağ Evi Birləşmiş Ştatların  böyüklük simvoluna çevirmək idi və bu istəyinə nail olur.

Kennedi ailəsinin istirahəti bütün amerikalıları heyrətə salıb.

Kennedi ailəsinin  istirahəti ilə bağlı çəkilən foto və videolar amerikalıların heyrətinə səbəb olurdu.  Con Kennedi ABŞ tarixində ən yaraşıqlı görkəmli prezidentlərindən biri olub. Zarafatla onun barəsində belə bir ifadə də işlədərdilər ki, Conun hələ indiyərək uğursuz fotosuna rast gəlmək mümkün deyil. O, müxtəlif cür qalstuklar taxmağı xoşlayardı. Ancaq kostyumu bir rəngdə; boz və yaxud tünd göy rəngdə olardı. Cibində isə daimi ağ dəsmal olardı. Con Kennedi müxtəlif şənliklərdə və tədbirlərdə bahalı parçalardan tikilmiş geyimlərdə çıxardı. Ağ Evdən kənarda isə daha çox sərbəst geyimlərə üstünlük verərdi.

C.Kennedi daha çox bahalı saat taxmağı sevərdi. O, daha çox "Omega" markalı saatları xoşlayardı. Ümumiyyətlə, Con Kennedi çox dəbdəbəli, bahalı geyimləri sevərdi.

Kennedi geyimləri sevdiyi kimi gəzməyi, istirahəti sevərdi. O, daha çox yaxta vurğunu idi. Kennedinin yaxtanı hətta qadından çox xoşladığını iddia edənlər də var. Dəbdəbəli "Manita" yaxtasında Kenedi  diplomat və siyasətçiləri qəbul edərdi. Həmin yaxtanın bortunda elə də böyük olmayan, ancaq çox dəbdəbəli vanna var idi. Gəzən söz-söhbətə görə Kennedi orada Hollivud ulduzu Merilin Monro ilə əylənərmiş.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur