Məzahir Əfəndiyev: “Abşeron” yatağı Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə çevrilməsinin bariz nümunəsidir | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: “Abşeron” yatağı Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə çevrilməsinin bariz nümunəsidir

09:18 - 24 / 09 / 2020
Məzahir Əfəndiyev: “Abşeron” yatağı Azərbaycanın neft ölkəsindən qaz ölkəsinə çevrilməsinin bariz nümunəsidir

Azərbaycanda neft-qaz sənayesi böyük tarixə malikdir. 19-cu əsrin əvvəllərindən başlayaraq inkişaf edən bu sahə müstəqilliyimizin əsaslarından olaraq 1994-cü ildən iqtisadiyyatımız üçün prioritet səhələrindən birinə çevrilmişdir.

Müstəqilliyimizi bərpa etdikdən sonra “Azəri”, “Çıraq”, “Günəşli” və digər zəngin yataqlardan hasil olunan neft və qazdan əldə olunan gəlirlərin düzgün idarə olunması və istifadəsi yeni yataqların kəşf edilməsi, qeyri-neft sektorunun inkişafı, bütövlükdə iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində böyük kömək olmuşdur.

Keçdiyimiz gün Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın neft-qaz tarixində mühüm əhəmiyyət kəsb edəcək Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi baş tutub. Bu yatağın istifadəyə verilməsi Azərbaycanın bundan sonra da dünya bazarında etibarlı qaz təchizatçısı olması ilə yanaşı, həmçinin neft ölkəsindən qaz ölkəsinə çevrilməyimizin bariz nümunəsidir. Eyni zamanda bu hadisə yerli və xarici investorların cəlb edilməsini, yeni yataqların işlənməsini, Dövlət Neft Şirkəti ilə əməkdaşlığın daha da dərinləşməsini zəruri edir.

Bu gün daxili tələbatın artımını nəzərə alaraq “Abşeron” yatağından çıxarılacaq qaz ilk növbədə ölkədaxili tələbatın ödənilməsi istiqamətində istifadə olunacaqdır. Həmçinin paralel olaraq yataqda kifayət qədər kondensat ehtiyyatının olması neft hasilatı və ixracını da sabit saxlayacaqdır.

Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, yeniləşən dünyamız bu sahədə də yeni çağırışlara və tendensiyalara cavab verən mükəmməl idarəçilik modelinin tətbiq olunmasını labüd edir və hərtərəfli, paralel inkişaf strategiyasının təkmilləşməsini ortaya qoyur.

Bu baxımdan Xəzər dənizində “Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağının işlənməsinin növbəti mərhələsi başlayacaq. Təqribən 7 mlrd. dollar dəyərində, gündəlik hasilat gücü 100 000 barrel olan yeni  “Mərkəzi-Şərqi Azəri” platformasının 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Bu neft-qaz sənayesi üçün tarixi bir hadisədir. Yeni layihənin başlanması həm “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir, həm də yeni mənbələrdən hasilatın artacağını təmin edəcəkdir.

Ümumilikdə neft-qaz sahəsində həyata keçirilmiş işlərin nəticəsidir ki, bu gün əldə olunan gəlir qorunur və düzgün idarə olunmaqla inkişafda olan iqtisadiyyatımızın, sənayemizin tələbləri ödənilir, infrastruktur layihələri icra edilir və insanların rifahı yaxşılaşdırılır.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
577

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər