Məzahir Əfəndiyev: Azərbaycan-Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdır | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev: Azərbaycan-Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdır

16:15 - 22 / 09 / 2020
Məzahir Əfəndiyev: Azərbaycan-Gürcüstan münasibətləri bölgədə sabitlik və təhlükəsizliyin qarantıdır

Bu gün Azərbaycanın Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Ermənistanla müharibə şəraiti bölgədə Gürcüstanın geosiyasi əhəmiyyətini artırmışdır.

Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.

Biz iqtisadi sahədə uğurlu əməkdaşlıq  nümunəsini ortaya qoymaqla, hər iki ölkəyə böyük dividentlər gətirən mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirmişik. Azərbaycan Ermənistan sərhəddinin Tovuz rayonu  ərazisində Ermənistan tərəfinin məlum təxribatlari zamanı Gürcüstan üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsi ölkələrimiz üçün taleyüklü məqamlarda dost dəstəyinin ən yüksək səviyyədə təzahürüdür. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur.  Ölkələrimiz arasındakı qonşuluq, dostluq münasibətlərinin strateji əməkdaşlıq, hətta müttəfiqlik səviyyəsinə yüksəlməsi  bölgədə sabitlik və təhlükəsizliyi təmin edir.

Bu gün müəyyən qüvvələr çalışır ki, Azərbaycan-Gürcüstan münasibətləri korlansın. Xüsusilə də, Gürcüstanda müxtəlif vəzifələri tutmuş ermənilər bu prosesdə maraqlıdırlar. Onlar Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Lakin, Azərbaycan və Gürcüstan vətəndaşları bu cür qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır. Əminəm ki, bundan sonra da dost  Azərbaycan və Gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək və onların ekstremist təşəbbüsləri iflasa uğrayacaq.

Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur. Qardaş və dost ölkənin ərazi bütövlüyünə, baş verən siyasi proseslərə dövlətimiz tərəfindən bu gün də hörmətlə yanaşılır.

Bu baxımdan oktyabrın 31-də keçiriləcək Parlament seçkiləri nəinki dünya, eyni zamanda Azərbaycan ictimaiyyətinin də diqqət mərkəzində olacaq. Hazırda Parlament seçkilərinə hazırlıq dövrü uğurla davam edir. Gürcüstanın seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsinə tam imkan verir. Ölkə Konstitusiyasına edilən son dəyişikliklərə əsasən seçkilər yeni qarışıq sistemdə keçiriləcək. Belə ki, 120 millət vəkili proporsional sistem, 30 millət vəkili isə majoritar sistem üzrə seçiləcək. MSK-nın məlumatına əsasən seçkilərdə iştirak edəcək partiyaların qeydiyyat prosesi başa çatıb və müraciət edən 78 partiyadan 66-sı artıq qeydiyyata alınıb.

Gürcüstan parlamentli respublika olduğuna görə, seçkilərdə qalib gələn növbəti dörd il ərzində ölkəni idarə edəcək. Son 8 ildə ölkəni idarə edən “Gürcü arzusu” partiyası bu seçkilərdə inamlı qələbə qazansa, Gürcüstan tarixində üçünçü müddətə seçilmiş ilk hakim partiya olacaq.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı

Paylaş:
746

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50
Bütün xəbərlər