Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra aeronaviqasiya kafedrası fəaliyyətə başlayıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra aeronaviqasiya kafedrası fəaliyyətə başlayıb – FOTO

14:16 - 12 / 09 / 2018
Milli Aviasiya Akademiyasında yenidənqurmadan sonra aeronaviqasiya kafedrası fəaliyyətə başlayıb – FOTO

Milli Aviasiya Akademiyasında tədris ili ərəfəsində tam yenidənqurmadan sonra “Aeronaviqasiya” kafedrasının korpusu fəaliyyətə başlayıb.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, sentyabrın 12-də AZAL Prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, professor-müəllim heyəti kafedrada yaradılmış şərait ilə tanış olublar.

“Azərbaycan Hava Yolları” QSC-nin və onun struktur bölməsi olan  “Azəraeronaviqasiya” HHİ-nin dəstəyi ilə kafedra müasir tələblərə uyğun tam müasirləşdirilib.

Kafedrada tədris prosesi üçün zəruri olan yeni interfeyslər və texnologiyalar tətbiq olunub.  Kafedranın tədris proqramı beynəlxalq standartlara uyğunlaşdırılıb və ICAO Doc.10056 (“HHİ-nin dispetçerləri qismində təlim və qiymətləndirmə") rəhbər prinsiplərinin tələblərini, Avropa uçuşların təhlükəsizliyi standartları (EASA), həmçinin mülki aviasiya mütəxəssislərinin hazırlığı və təlimi təşkilatlarına (ATO) dair Avropa komissiyasının №2015/340  reqlamentinin beynəlxalq standartlarını əks etdirir.

Eyni zamanda, Almaniya “DFS-Academy” Aeronaviqasiya Akademiyasının “DFS e-learning” auditoriyası istismara verilmişdir. “DFS-Academy” tərəfindən həyata keçirilən məsafədən daxil olmaqla tədris proqramı 12 fənnə əsaslanır. Tədris bilavasitə “DFS-Academy”-nin məlumat bazası vasitəsilə onlayn rejimdə həyata keçirilir.

Milli Aviasiya Akademiyası və Almaniya Aeronaviqasiya Akademiyası arasında əldə olunan razılaşmaya əsasən, Bakıda DFS Almaniya Aeronaviqasiya institutun yaradılması planlaşdırılır. Bu, milli kadrların peşəkar hazırlıq səviyyəsini artıracaq və bu ixtisas üzrə xarici tələbə axını cəlb edəcək.

İnstitut HHİ qülləsinin real imitasiyası və 360 dərəcə tam görünüş sahəsi ilə peşəkar 3D trenajorla təchiz olunacaq. MAA-nın müəllimləri bu tədris metodu çərçivəsində xüsusi hazırlıq keçəcəklər.

Qeyd edək ki, “Aeronaviqasiya” kafedrası 2008-ci ildən fəaliyyət göstərir və “Hava hərəkətinin idarə olunması” və “Aeronaviqasiya təminatı” ixtisasları üzrə bakalavr hazırlığını həyata keçirir. Həmçinin “Hava hərəkətinin idarə olunması mühəndisliyi” ixtisası üzrə magistr hazırlığını həyata keçirir. Hazırda kafedrada 117 tələbə təhsil alır.

Kafedranın müəllim heyətinə AZANS-ın aparıcı mütəxəssislərinin cəlb olduğunu nəzərə alaraq, mülki aviasiyanın bu mühüm sahəsinin tədris prosesinə real təcrübə təmin olunur.

S.Xankişiyeva

 

Paylaş:
461

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər