ru

Ermənistan

16 İyul saat 16:57

Mnatsakanyan və Lavrov Koçaryanın məsələsini müzakirə edib?

Mnatsakanyan və Lavrov Koçaryanın məsələsini müzakirə edib?

Ermənistan və Rusiyanın xarici işlər nazirləri Zöhrab Mnatsakanyan və Sergey Lavrovun görüşündə keçmiş prezident Robert Koçaryanın həbsi mövzusu müzakirə olunmayıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın XİN-in mətbuat katibi Anna Naqdalyan deyib.

Daha əvvəl "Jamanak” nəşri yazıb ki, Lavrov erməni həmkarına Rusiya prezidentinin mövqeyini çatdırıb. Bu mövqe isə ondan ibarətdir ki, onun oktyabr ayındakı səfərinə kimi Koçaryan azad edilməsə, qazın qiyməti üzrə danışıqların heç bir mənası olmayacaq.

Ermənistan XİN rəsmisi isə bu məlumatı gülünc adlandırıb. Naqdalyanın sözlərinə görə, iki ölkə nazirləri arasında belə bir söhbət aparılmayıb. O, qeyd edilən məlumatı "şübhəli mənbələrə əsaslanan bir fərziyyə" adlandırıb.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Koçaryan 2008-ci ilin mart hadisələrində, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhddə ittiham olunur. O, hazırda həbsdədir.

P.S.




BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur