Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib

11:45 - 01 / 04 / 2020
Moody's “Bank Respublika”nın stresə davamlılığını qeyd edib

Moody's beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın uzunmüddətli kredit reytinqini “B3” səviyyəsində təsdiqləyib, bu isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir.

Reytinqin təsdiq olunması bankın böyük likvidliyi, kredit risklərinin yüksək təhlil standartları, kredit portfelinin dollarlaşmasının aşağı səviyyədə olması və stresə davamlılığın yaxşı olması ilə bağlıdır.

Moody's bankın korporativ idarəetmə ilə bağlı narahatlığının olmadığını qeyd edib, bu isə öz növbəsində bir çox banklar üçün risklərin qiymətləndirməsində əsas faktordur.

Koronavirusun yayılması və neftin qiymətinin aşağı düşməsi ilə yaranan xarici iqtisadi təzyiq, Bankın reytinqi ilə bağlı proqnozun "pozitivdən"dən “neqativ”ə  dəyişməsinə səbəb olub.

“Şadam ki, Moody's beynəlxalq reytinq agentliyi Bankın idarəedilməsi ilə bağlı risklər görmür. Fikrimcə, bazarda stresli vəziyyətlər zamanı bu xüsusilə vacib amildir. Ölkədə sahibkarlığı fəal şəkildə dəstəkləyən bir bank olaraq, əminik ki, dövlətin özəl sektor tərəfindən də dəstəklənən vaxtında və adekvat olaraq gördüyü tədbirlər, ölkə iqtisadiyyatına bugünkü çağırışlara cavab verə bilməsinə kömək edəcək”- deyə, Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
491

Son xəbərlər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:53
Bütün xəbərlər