“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

13:21 - 19 / 11 / 2019
“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

"Motorola" şirkəti elastik ekranlı qatlanan smartfonunu təqdim edib. "Samsung Galaxy Fold" cihazından fərqli olaraq yeni "Razr" açılmış formada planşeti deyil, adi smartfonu xatırladır, ona görə qatlanmış formada ölçüsü çox yığcamdır.

1news.az ictnews.az-a istinadən bildirir ki, qurğunun korpusu polad və "Gorilla Glass" şüşəsindən işlənib hazırlanıb. Cihaz tərəflər nisbəti 21:9, təsvir ölçüsü 2142x876 piksel təşkil edən plastik örtüklü 6,21 düym diaqonallı elastik OLED displeyə malikdir. Bundan başqa, yeni "Motorola Razr" su damcılarından qorumaya malikdir, xüsusi örtük elektronikanı müdafiə edir. Amma cihazı suya salmaq olmaz.

"Razr" smartfonu qatlanmış vəziyyətdə də faydalıdır: 2,7 düymlük "Quick View" (800x600 piksel) displeyi vasitəsilə zəng etmək, yazışmaq, kontaktsız ödənişi təsdiq etmək, musiqini idarə etmək, keyfiyyətli əsas kamera ilə "selfi" çəkmək və bəzi sazlamaları dəyişdirmək olar.

"Motorola Razr 2019" aparatı "Qualcomm Snapdragon 710" prosessoru, 6 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 meqapikseldir və f/1.7 obyektivinə malikdir, ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.

"Android 9 Pie" sisteminin idarəetməsi altında işləyən smartfon ABŞ-da yanvardan etibarən 1499 dollar qiymətinə satışa çıxarılacaq.

1news.az

Paylaş:
386

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər