Musa Qasımlı: Ərdoğanın səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı | 1news.az | Xəbərlər
Siyasət

Musa Qasımlı: Ərdoğanın səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı

15:36 - 26 / 02 / 2020
Musa Qasımlı: Ərdoğanın səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki ölkənin qarşılıqlı münasibətlərində yeni bir səhifə açdı.

1news.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin münasibətləri ölkəmizin digər dövlətlərlə olan münasibətlərinə bənzəmir:

"Bizim münasibətlərin bir sıra özünəməxsusluqları var. Hər şeydən əvvəl Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bizim kökümüz birdir, tariximiz, dilimiz, mədəniyyətimiz, dinimiz eynidir. Bizim ölkələrin qarşılıqlı münasibətlərində çox parlaq səhifələr olub. Türkiyə bizim dövlət müstəqilliyimizi tanıyan ilk dövlətdir. Azərbaycan-Türkiyə münasibətlərinin real əsaslar üzərindən qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir şəraitdə qarşılıqlı münasibətlərin inkişafının baş memarları Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandır".

Deputat əlavə edib ki, Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı əlaqələr məhz onların sayəsində strateji müttəfiqlik səviyyəsinə gəlib çatıb.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində imzalanan sənədlər bir daha göstərir ki, qarşılıqlı münasibətlərin çox gözəl perspektivləri var.

M.Qasımlının fikrincə, 2023-cü ilədək iki ölkə arasındakı ticarətin dövriyyəsinin 15 milyard dollara çatdırılması, müdafiə, təhlükəsizlik, siyasi sahələrdə əməkdaşlığlın genişləndirilməsi qarşılıqlı münasibətlərimizin möhkəm təməllər üzərində qurulduğunu və bu əməkdaşlığın böyük potensialının olduğunu göstərir.

1news.az

Paylaş:
475

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər