“Nar”ın 4G istifadəçilərinin sayı 35% artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar”ın 4G istifadəçilərinin sayı 35% artıb

16:34 - 30 / 11 / 2020
“Nar”ın 4G istifadəçilərinin sayı 35% artıb

Abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməyi hədəfləyən “Nar”ın 2020-ci ilin 9 ayı ərzində 4G istifadəçilərinin sayı 35 % artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G istifadəçilərinin sayı Bakı üzrə 27 %, regionlar üzrə isə 51 % yüksəlib.

Mobil operatorun bütün ölkə ərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarını genişlənməsi, təqdim etdiyi sərfəli tariflər və internet paketləri sayəsində mobil internetdən istifadədə artıma səbəb olub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə mobil internetdən istifadədə 21 % artım qeydə alınıb. İnternet trafikinin həcmi Bakı üzrə 9 %, regionlar üzrə isə 42 % yüksəlib. Qeyd edək ki, data tarfikinin həcminin yüksəlməsinə həm də 4G smartfon penetrasiyasının artımı təsir edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin 9 ayı ərzində smartfon istifadəçilərinin sayında 12 %  artım qeydə alınıb.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
410

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər