“Nargis” Fondunun və Macarıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkil etdiyi növbəti xeyriyyə konserti | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nargis” Fondunun və Macarıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkil etdiyi növbəti xeyriyyə konserti

17:17 - 14 / 11 / 2019
“Nargis” Fondunun və Macarıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkil etdiyi növbəti xeyriyyə konserti

5 dekabr tarixində Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan) və Azərbaycan Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında baş dirijoru olduğu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti baş tutacaq.

1news.az-ın verdiyi xəbərə görə, konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Uşaq ikən görmə qabiliyyətini itirməsinə baxmayaraq, bu özəlliyi Tamaş üçün sevdiyi sənətlə məşqul olmaq və olduqca uğurlu karyera qurmağa əngəl yaratmadı. O, tez-tez dünyanın fərqli qitələrində konsertlərlə çıxış edir və tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Konsert çərçivəsində Macarıstanlı musiqiçi Azərbaycanlı həmkarı və dostu, dünyaca məşhur dirijor, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevlə səhnəni paylaşacaq.

Ə.Quliyev bir çox məşhur xarici simfonik orkestri, o cümlədən Royal Filarmoniya Orkestri, Fransa Radiosu Filarmonik Orkestri, Vyana Kamera Orkestri, Mariinski Teatrının Simfonik Orkestri və digərləri ilə əməkdaşlıq edir. Bununla yanaşı o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi direktorudur.

Dekabrda Tamaş Erdi ilk dəfə Azərbaycanın paytaxtı Bakıda konsert proramı ilə çıxış edəcək. Ancaq konsertin məqsədi T.Erdi və Ə.Quliyev sənətinin və ümumiyyətlə klassik musiqi sevənlərin zövqünü oxşayacaq bir axşam keçirməklə kifayətlənmir. Belə ki, bu möhtəşəm konsert sırf xeyriyyə məqsədi daşıyır.  Bilet satışından əldə olunan bütün gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönlənəcək.

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunacaq. Yarmarkada tədbirə özəl gətirilmiş qış sezonunun başlanğıcınə simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılacaq.

Xatırladaq ki, 2018-ci ildə Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilmişdi. Tədbirdən əldə olunmuş bütün vəsait 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl çap maşının əldə olunmasına yönəldi.

Biletləri iTicket.az saytından və kassalarından əldə edə bilərsiniz.

Tədbirin informasiya dəstəyi “Nargis” jurnalı, 1news.az, Day.az, Trend.az, Azertag.az, Azernews.az tərəfindən həyata keçirilir.

Əlavə məlumat və suallar üçün (99450) 740 75 70, (99412) 404 23 03, (99412) 404 23 13 telefon nömrələri vasitəsilə əlaqə saxlamaq, həmçinin “Nargis” fondunun sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Facebook: https://www.facebook.com/NARGIS-FUND-168664393481603/

Instagram: https://www.instagram.com/nargis_fund/

S.Xankişiyeva

 

 

 

Paylaş:
499

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər