Neftçalada karantində olan Elçin Abdullayev xəstəxanadakı vəziyyətlə bağlı: Həkimlər – sadəcə əhsən! – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Neftçalada karantində olan Elçin Abdullayev xəstəxanadakı vəziyyətlə bağlı: Həkimlər – sadəcə əhsən! – FOTO – VİDEO

10:25 - 19 / 03 / 2020
Neftçalada karantində olan Elçin Abdullayev xəstəxanadakı vəziyyətlə bağlı: Həkimlər – sadəcə əhsən! – FOTO – VİDEO

Almaniyadan gələn həmyerlimiz Elçin Abdullayev Neftçala Mərkəzi Xəstəxanasında qaldığı karantin müddətində onlayn-gündəlik yazmağa başlayıb.

E.Abdullayevin statusundan da göründüyü kimi, o hər şeydən razıdır: “Qrupumuz Neftçala Mərkəzi Xəstəxanasında karantindədir. Xəstəxana yaxşı təmir olunub. Başa düşdüyüm qədərilə, bütün şöbə tam olaraq vətəndaşların karantində saxlanması üçün ayrılıb. Qidalanma normal, şərtlər də. Lazım olan hər şeylə təmin olunuruq. İsti su, mələfə təmiz və yeni, istilik.

İstəyimlə mənə işləmək üçün masa və stul verildi. Burada məsafədən işləyirəm, internet telefon vasitəsilə işləyir. Xəstəxana hərbçilər tərəfindən silahla mühafizə olunur. Səhər və axşam hərarət ölçülür. Səhər ilk olaraq analiz üçün boğazdan maye götürülür. Hələ cavab yoxdur. Bir şey dəyişsə, əlavə reportaj yazacağam. Məcburi karantin müddəti 14 gündür”.

Elçin Abdullayevlə əlaqə saxlayaraq karantində qalması ilə bağlı ətraflı öyrəndik:

- Elçin bəy, ölkəyə nə vaxt qayıtmısınız? Almaniyada nə qədər qaldınız? Ümumi olaraq karantinə göndərilmə necə keçdi?

- Azərbaycana 17.03.2020-də gəldim. Almaniyada üç gün – martın 14-dən 17-dək qaldım. Oraya oğlumun ad günü və eyni zamanda ona fərdi qoruyucu vasitələr və antiseptiklər apaqmaq üçün getmişdim. Almaniyada bütün bunlar uzun müddətdir satışda yoxdur və ya inanılmaz qiymətlərlə satılır. Məsələn, 200 qramlıq antiseptik vasitəni 40 avro qiymətində satışda gördüm.

Ümumilikdə, karantinə göndərilmə sakit keçdi. Ölkəyə qayıtdıqdan sonra hələ təyyarədə hər kəsin hərarəti ölçülür. Bundan əlavə, pasport nəzarətindən keçərkən sərnişinin haradan qayıtdığı dəqiqləşdirilir. Almaniyadan qayıtdığımı söyləyən kimi növbətçi  zabit təcili olaraq oraya çağırıldı. Bundan sonra pasportumu məndən alıb ayrı bir otağa apardılar, orada yenidən hərarətim ölçüldü.

Oraya baqajı da gətirdilər. Sonra "karantin" kimi qeyd olunan bütün sərnişinləri topladılar. Qeyd edim ki, bu otaqda bütün işçilər xüsusi geyimlərdə idilər. Oradakı şərait normaldır: su, maska var, çay içə bilərsiniz. Bundan sonra hamımızı avtobusa mindirib karantin mərkəzinə göndərdilər.

- Sosial şəbəkələrdə karantində olanların çoxu təxliyyə zamanı gərginliklərini - hava limanında heç kim heç nə bilmir və özləri də göndəriləcəkləri yerə qədər bilmədiklərini qeyd edirdilər. Yaxınlarınızla əlaqə saxlaya bildiniz? Ölkədən gedərkən qayıtdıqda karantinə göndəriləcəyinizi bilirdinizmi?

- Xüsusi gərginlik hiss etmədim. Deyim ki, vətəndaşlar əsəbi davranışları ilə lazımsız gərginlik yaradırlar. Bununla da məmurları əsəbiləşdirirlər. Başa düşdüyüm qədərilə, hava limanında xüsusi xidmət əməkdaşları, sərhədçilər və işin əlaqələndirilməsi üzrə xüsusi komitənin nümayəndələri iştirak edirdilər.

Ümumiyyətlə, bu insanlar çox əla işləyirlər: vətəndaşları mümkün qədər sakitləşdirərək, bütün bunların hamısının pandemiyaya qarşı mübarizə üzrə dövlət proqramının bir hissəsi olduğunu başa salmağa çalışırdılar.

Ölkəyə qayıtdıqda sonra bizi hara göndərəcəklərini soruşdum və dərhal, aydın şəkildə mənə dedilər: Neftçaladakı xəstəxanaya. Buna görə sakit şəkildə qohumlara məlumat verə bildim. Hər şey qaydasında getdi.

Karantin haqqında məlumatımın olub-olmadığına gəldikdə, əlbəttə, bu barədə mətbuatda kifayət qədər məlumat verildiyindən bilirdim. Buna görə ölkədən gedərkən götürməyim lazım olanların siyahısını əvvəlcədən tərtib etdim. Bunu Facebook səhifəmdə də yazdım.

- Karantin üçün yerləşmə nə qədər çəkdi? Kimin və haraya aparılacağını necə müəyyənləşdirdilər? Aydınlaşdırım: insanlar normal şəraitin yaradıldığına şübhə edirlər, bunu mətbuatın yalanı olduğunu yazırlar və s. Eynilə, xüsusi insanları yaxşı xəstəxanalara aparıldığını, digərlərini isə  pis vəziyyətə olanlara aparılır kimi fikirdədirlər.

- Mənim yanımda kimsə hava limanından insanları yerləşdirmə prosesinin koordinatoru Gündüz müəllimə müəyyən insanları müəyyən yerə aparmaq və ya sadəcə buraxmaq istəyi ilə zəng edirdi (!).

Bundan əlavə, bəzi sərnişinlər qeyri-adekvat davranırdılar. Buna görə də bu insanın əzmkarlığını, səbrini və peşəkarlığını da qeyd etməliyəm. "Seçilmişlər üçün xüsusi şərtlər"lə bağlı bütün istəklər onun tərəfindən açıq və sakit şəkildə imtina edilirdi.

Heç bir "xüsusi" şöbə yox idi; hamı eyni qaydada avtobusa mindirildi və eyni yerə – Neftçala Xəstəxanasına aparıldı. Bundan əlavə, avtobus polis və təcili yardım maşınları ilə müşayiət olunurdu.

Yol təxminən iki saat çəkdi. Mənimlə eyni qrupda, istər biznes, istərsə də ekonom sinifdən,  fərqli vətəndaşlar var idi və hamı heç bir imtiyaz olmadan avtobusa mindi.

- Xəstəxanada həqiqətən də hər şey pulsuzdur? Yerləşdirmə üçün ümumi şərtlər necədir?

- Hər şey həqiqətən pulsuzdur. Oraya çatdıqdan sonra ailə cütləri ayrı otaqlara, qalanları cüt  şəkildə digər otaqlara yerləşdirildi.

Oraya çatdıqda hamını xəstəxananın baş həkiminin müavini, çox xoş və savadlı insan qarşıladı. Bir daha hamıya bildirdi ki, proses dövlət tərəfindən idarə olunur, hər şey pulsuzdur, kiməsə nəsə lazımdırsa, dərhal tibbi heyətə məlumat versin.

Heyət müraciətlərə həssaslıqla yanaşır. Misal üçün, mənə işləmək üçün palataya masa lazım idi. Və mənimçün iş yeri, masa və stul təşkil etdilər.

- Karantin necə gedir? Ayrıca bokslara yerləşdirilənlər var?

- Orta hesabla palatalarda iki-üç nəfər olur. Fərdi bokslar  barədə məlumatım yoxdur, Düşünmürəm ki, belələri var. Hər səhər boğazdan analiz götürülür. Və sonra – nəticələr gözlənilir. Düşünürəm ki, ayrıca bokslara təcrid analizin cavabı müsbət çıxdıqda sonra olacaq.

- Xəstəxana heyəti karantinlə bağlı onlayn-gündəliyinizə necə baxır?

- İnsanların göndərilməsi üzrə əlaqələndirici rəhbərlikdən tutmuş, xəstəxananın baş həkimin  rəhbərinin müavini və sıravi əməkdaşlara qədər hər kəsdən çox məmnunam. Anlayın, burada əməkdaşlar xüsusi geyimdə çalışır. Bu, çox çətindir. Biz yalnız maskalardayıq və demək olar ki, bütün günü palatalardayıq. Onlar isə yemək gətirirlər, palataları təmizləyirlər, prosedurları yerinə yetirməlidirlər, analizlər götürməlidirlər. Bütün bunları xüsusi geyimdə yerinə yetirirlər.  

Xüsusilə bəyəndiyim – bütün xəstəxana əməkdaşları nikbindirlər  və bu prosesə çox sakit yanaşırlar. Sadəcə onlara əhsən!

- Bəs Almaniyada koronavirus təhlükəsi ilə bağlı vəziyyəti necə qiymətləndirərdiniz? Orada insanlar artıq təhlükəni dərk ediblər, yoxsa bizdəki kimi, düşünürlər ki, bu düşmənlərin hiylələri, sarı mətbuat və sairədir?

- Zənnimcə, Almaniyada vəziyyət pisdir. İnsanlar maskasız gəzirlər. Heç kim təhlükənin fərqində deyil və ümumiyyətlə hər kəs bu məsələyə "düşmənlərin" təbliğatı kimi yanaşır. Bununla yanaşı, mağazalarda artıq qarışıqlıq və məhsul qıtlığı müşahidə olunur. Rəflər boşdur, mən orada bunu uzun müddət görməmişəm. Mən maska və əlcəkdə gəzirdim, insanlar məndən heyrətə gələrək yəqin mənə psixi xəstə kimi baxırdılar.

- Elçin bəy, özünüzü necə hiss edirsiniz? Qorxu hissi var? Oxucularımıza (istəyirsinizsə) hansı məsləhəti verərdiniz?

- Çox sağ olun, özümü yaxşı hiss edirəm. Qorxuya gəlincə, bankda işlədiyim üçün, qorxulara deyil, mühakimələrində statistikaya güvənməyə öyrəşmişəm.

Aşağıda sizə infeksiya yoluxma ehtimalı və müəyyən yaş qruplarında ölümlə bağlı statistik məlumatlar verəcəyəm. Bu məlumatları nəzərə alaraq, koronavirusdan daha çox yanlış yerdə yolu keçərkən ölmək ehtimalı çoxdur.

Oxuculara isə, təlaşsız, yoluxma təhlükəsinə ciddi yanaşmağı tövsiyə edirəm. ÜST-in məsləhətlərinə riayət etmək kifayətdir: əlləri yumaq, insanlarla məsafə saxlamaq, küçəyə çıxarkən maska taxmaq.

- Söhbətə görə minnətdarıq. Tez bir zamanda karantindən çıxamağınızı diləyirik!

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
7050

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər