ru

Azərbaycan futbolu

19 İyul saat 09:34

“Neftçi” darmadağınla növbəti mərhələdə, “Səbail” yenə uduzdu – VİDEO

“Neftçi” darmadağınla növbəti mərhələdə, “Səbail” yenə uduzdu – VİDEO

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

1news.az-ın məlumatına görə, ölkəmizi təmsl edən iki komanda – “Neftçi” və “Səbail” də növbəti mərhələ uğrunda həlledici oyuna çıxıblar.

Təmsilçilərimizdən ilk olaraq “Səbail” meydana çıxıb. 

Aftandil Hacıyevin komandası Rumıniyada “Universitatya Krayova”nın qonağı olub. Bakıdakı görüşdə 2:3 hesabı ilə uduzan “Səbail” səfərdə də eyni hesabla məğlub olaraq, ilk dəfə iştirak etdiyi Avroliqada mübarizəni dayandırıb.

Rumıniya təmsilçisi növbəti mərhələdə “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Digər təmsilçimiz “Neftçi” isə cavab oyununa doğma arenada çıxıb. Roberto Bordinin komandası  Bakıda Moldovanın “Sperantsa” klubunu qəbul edib. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar”  bu dəfə rəqibinin qapısından 6 cavabsız top keçirərək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

18 iyul

Avropa Liqası, 1-ci təsnifat mərhələsnin cavab oyunları

“Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 3:2
Qollar: 
K. Barbut, 28 (1:0), B.Veteyelu, 53 (2:0), A. Ramazanov, 67 (1:2), D. Duventru, 69 (2:2), Forteş, 90 (3:2)
İlk oyun - 3:2
Baş hakim:
 Helki Mikael Yonasson (İslandiya)
Krayaova. İon Oblemanko stadionu

“Neftçi “(Azərbaycan) – “Sperantsa” (Moldova) - 6:0 
Qollar: 
V. Platellas, 18 (1:0), 40 (3:0), E. Mahmudov, 24-penalti (2:0), D. Federiko, 42 (4:0), Stiven Monroz, 68 (5:0), İsmayıl Zülfüqarlı, 76 (6:0)
İlk oyun – 3:0
Baş hakim:
 Yulian Vaynbeger (Avstriya)
Bakı. “Bakcell Arena”

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur