Niderlandda keçirilən turizm sərgisində işğal olunmuş torpaqlarımızla bağlı təxribat – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Niderlandda keçirilən turizm sərgisində işğal olunmuş torpaqlarımızla bağlı təxribat – FOTO

16:17 - 17 / 01 / 2020
Niderlandda keçirilən turizm sərgisində işğal olunmuş torpaqlarımızla bağlı təxribat – FOTO

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasından Diasporla İş üzrə Dövlət Komitəsinə daxil olan məlumata görə Niderlandın Utrext şəhərində yerləşən Yaarbeurs beynəlxalq sərgi kompleksində ənənəvi turizm sərgisi təşkil edilib və sərgidə Ermənistanı 3, Gürcüstanı 8 turizm şirkəti təmsil edib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanışlıq zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat hallarının olduğunu müşahidə edib.

Ermənistanı təmsil edən turizm şirkətlərinin təqdim etdikləri bukletlərdə, eyni zamanda Gürcüstan GroosCom Travel və Niderland Krallığının Kaukasus Reisen Plus turizm şirkətlərinin təbliğat materiallarında Azərbaycanın işqal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalar yer alıb.

Sərgidə Gürcüstan və Niderland Krallığının turizm şirkətləri işğal altında olan Azərbaycan torpaqlarının başqa rənqlə göstərildiyi, həmin ərazilərin “Nagorno Krabakh Republic” və “Artsakh” kimi qeyd olunduğu xəritələrdən istifadə ediblər.

Təxribat əməli mübahisəyə səbəb olub və Emil Əliyev tələb edib ki, xəritələr və bukletlər dərhal sərgidən yığışdırılsın. Onun bu təklifi ciddi etirazla qarşılanıb, hətta mübahisə zamanı şirkət nümayəndələri soydaşımıza fiziki təzyiq göstərib, onu stenddən uzaqlaşdırmağa cəhd ediblər.

Gürcüstan turizm şirkətlərinin təmsilçiləri guya sərgi üçün başqa xəritə əldə edə bilmədiklərindən bu xəritədən istifadə etdiklərini və yalnız sərgi salonunun rəhbərliyi təlimat versə, hər hansı qadağa müxanizmi olsa, xəritəni yığışdıracaqlarını bildiriblər.

Emil Əliyev dəfələrlə təşkilatçılarla görüşüb və onun ciddi səyi, təkidi təxribat xarakterli materialların sərgidən yığışdırılması ilə nəticələnib.

O, təşkilatçılara bildirib ki, yanvarın 19-na qədər sərgiyə gündəlik nəzarət edəcəyik və israrla tələb edirik ki, təxribat elementləri daşıyan xəritə və bukletlər yenidən istifadə olunmasın.

S.Xankişiyeva

Paylaş:
856

Son xəbərlər

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57
Bütün xəbərlər