Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub | 1news.az | Xəbərlər
Siyasət

Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub

12:01 - 16 / 09 / 2019
Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) tamhüquqlu üzvü olub.

1news.az prezident Şavkat Mirziyoyev Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlüyü ilə bağlı parlamentin parafladığı Qanunu imzalayıb.

Türk Şurasının bununla əlaqədar yaydığı bəyanatda isə deyilir ki, 2009-cu ildə Naxçıvan sazişi ilə əsası qoyulan və indiyə qədər Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu Türk Şurasına daha bir türkdilli ölkənin - Özbəkistanın da qoşulduğu bildirilir.

Vurğulanır ki, Naxçıvan Sazişinin Özbəkistan Respublikası tərəfindən ratifikasiyası 2019-cu il sentyabrın 14-də tamamlanıb. Bununla, Özbəkistan Respublikası Türk Şurasının tamhüquqlu üzvü olacaq. Bu tarixi qərar Naxçıvan sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşündə prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyəti də iştirak edəcəkdir.

“Bu, tarixi hadisədir. Qardaş Özbəkistanın Türk Şurası ailəsinə qoşulmasını alqışlayır və inanıram ki, bu əlamətdar hadisə Türk Şurasının fəaliyyətinə, türkdilli ölkələr və xalqlar arasında getdikcə artan əməkdaşlığa mühüm təkan verəcək”, - deyə bəyanatda qeyd olunur.

1news.az  

Paylaş:
456

Son xəbərlər

10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33
Bütün xəbərlər