ru

Cəmiyyət

14 Avqust saat 11:01

Pakistan səfirliyində bayraqqaldırma mərasimi olub – FOTO

Pakistan səfirliyində bayraqqaldırma mərasimi olub – FOTO

Bu gün Pakistanın milli günü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyində bayraqqaldırma mərasimi olub.

1news.az xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Azərbaycandakı Pakistan icmasının nümayəndələri iştirak ediblər.

Səfir Saeed Xan Mohmand əvvəlcə ölkə prezidentinin və baş nazirinin təbrik mesajlarını səsləndirib. Diplomat müstəqilik illərində ölkəsinin keçdiyi yola, qazandığı uğurlara qısa nəzər salıb.

Azərbaycanla münasibətlərdən söz açan diplomat bu münasibətlərin yüksək səviyyədə olduğunu, iki ölkənin hər zaman bir-birini dəstəklədiyini deyib.

Səfir Pakistan icmasının üzvlərini təbrik edib.

Daha sonra dövlət himninin sədaları altında Pakistanın dövlət bayrağı qaldırılıb.

Pərvanə Sultanova

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur