Parfumstore.az-ın sahibi Emin Məmmədov: Prinsipimiz –şəhərimizdə hələki tanınmayan, lakin unikal ətirləri bütün rəngarəngliyi ilə butikimizdə maksimum geniş şəkildə təqdim etməkdir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Parfumstore.az-ın sahibi Emin Məmmədov: Prinsipimiz –şəhərimizdə hələki tanınmayan, lakin unikal ətirləri bütün rəngarəngliyi ilə butikimizdə maksimum geniş şəkildə təqdim etməkdir – FOTO

21:00 - 25 / 09 / 2020
Parfumstore.az-ın sahibi Emin Məmmədov: Prinsipimiz –şəhərimizdə hələki tanınmayan, lakin unikal ətirləri bütün rəngarəngliyi ilə butikimizdə maksimum geniş şəkildə təqdim etməkdir – FOTO

Parfumstore.az – Avropa istehsalı olan elit niş ətriyyatı butikidir. Burada həm ötən illərin hitlərini, həm də yeni, nə Azərbaycanda, nə də ki bir çox MDB ölkəsində heç yerdə olmayan ətirləri tapmaq mümkündür.

Bu gün biz oxucularımıza özünəməxsusluğu ilə seçilən, Avropa istehsalçılarının böyük niş ətriyyat kolleksiyasının toplandığı butikin yaranma tarixindən danışacağıq. Həmsöhbətimiz - Parfumstore.az-ın sahibi Emin Məmmədovdur.

- Emin bəy, zəhmət olmasa Parfumstore.az selektiv ətriyyat butikinin yaranma tarixindən danışın.

- Bir çox Azərbaycan vətəndaşı Avropaya səyahət edərkən və nadir, eklüziv, dəqiq desək, niş ətir axtararkən ətriyyat markalarının bütün rəngarəngliyi ilə təmsil olunan butikləri gəzirlər. İtaliyada, məsələn, Florensiyada bu cür ətirlər çox vaxt alıcı və satıcıdan başqa daha heç kimin sığmadığı butiklərdə təqdim olunur, rəflərdə isə hərdən nadir, niş və ya istehsalı çoxdan dayandırılmış ətirləri tapmaq mümkündür. Həddindən artıq məşğul olduqları üçün bakılıların ətir seçməyə vaxtı olmur, bu cür dükanlarımız da, demək olar ki, yoxdur. Bir qayda olaraq biz hər şeyin çox çeşiddə, eyni zamanda bir yerdə olduğu məkanları axtarırıq ki, böyük şəhəri gəzməyək və onsuzda həmişə çatışmayan vaxtı itirməyək.

Biz bu bazarda çoxdan, ötən əsrin 90-cı illərindən fəaliyyət göstəririk. Ətriyyat həvəskarları bizi artıq uzun illərdir tanıyır. Əvvəllər biz kütləvi seqment məhsullarının    satışı ilə məşğul olurduq, başqa sözlə, ətriyyat biznesi üzrə əksər həmkarlarımızın təklif etdiyi hər növ məhsulların satışı ilə. Bir neçə il bundan əvvəl biz fəaliyyət konsepsiyamıza yenidən baxmağı qərara aldıq. Belə ki, artan rəqabəti, şəhərdə süzmə ətirlər və ya Yaxın Şərq ölkələrinin qeyri-rəsmi ətriyyat paylayıcısı şirkətlərindən alınan məhsulları (onların keyfiyyətindən danışmayacağıq – burada onsuz da hər şey aydındır) təklif edən dükanların geniş yayılmasını nəzərə alaraq, 2017-ci ildə məhz niş (selektiv) ətriyyat butiki - Parfumstore.az-ı yaratmaq qərarına gəldik. İdeya ondan ibarət idi ki, alıcılarımızı – onların arasında daimi müştərilərimiz də az deyil – dəb industriyası bazarının bu seqmenti ilə tanış edək. Məsələ ondadır ki, Avropa, Amerika və Yaxın Şərq bazarları, deməli, cəmiyyətləri də, gözəllik və imicə aid bütün məsələlərdə fərdlilik prinsipinə keçidin zərurətini artıq çoxdan dərk ediblər. Məhz niş ətriyyatı bunu qabarıq şəkildə göstərir.

Prinsipimiz – şəhərimizdə hələki tanınmayan, lakin eyni zamanda unikal, niş seqmentinin qaydalarına uyğun olaraq məhdud sayda istehsal olunan ətirləri butikimizdə maksimal dərəcədə geniş şəkildə, bütün rəngarəngliyi ilə təqdim etməkdir.

 

- Butikinizdə hansı brendlər təmsil olunub?

- Biz 50-dən çox brendin - İtaliya, Fransa, İspaniya, Almaniya, İsveçrə şirkətlərinin məhsullarını təqdim edirik. Hətta Belçika istehsalı olan ətirlərimiz də var. Biz bu brendlərin rəsmi distribütoruyuq. Parfumstore-dan başqa bizim ətirləri Gallery Gifts and Flowers və Gülüm mağazalarından da almaq olar.

- Onların arasında ən çox tanınmışları hansıdır?

- Keiko Mecheri, Lamborghini, Maserati, Hugh Parsons, Chabaud, Profumi di Pantelleria, Brecourt, Linari, Rich Blend, Arte Olfatto və digərləri. Daha ətraflı məlumatı rəsmi internet və sosial şəbəkələrdəki səhifələrimizdən əldə etmək olar.

http://parfumstore.az/index.php?route=product/manufacturer   

- Selektiv (niş) ətriyyatın populyar brendlərin kütləvi məhsullarından fərqi nədədir?

- Niş və adi ətriyyat arasında fərqdən danışarkən qeyd etmək lazımdır ki, selektiv ətriyyat, bir qayda olaraq, çox məhdud sayda istehsal edilir, burada təbii, nadir, əksər hallarda bahalı maddələr istifadə olunur. Eyni zamanda, bunların mütləq əksəriyyəti   ətir suyu şəklində istehsal olunur, yüksək qalıcılığa malikdir ki, bu da təbii komponentlərin cəmləşməsi ilə əlaqədardır.

Demək olar ki, selektiv seqmentin bir çox brendi öz məhsullarını geniş reklam etmir. Çünki bu onlara lazım da deyil. Yəni, söhbət burada reklama ehtiyyacı olmayan yüksək ətriyyatçılıq sənətindən gedir. Məsələn, lyuks avtomobillər və ya tanınmış zərgərlik evlərinin məhsulu kimi. İstehsalçıların özləri də gördükləri işə yalnız biznes kimi deyil, incəsənət novü kimi yanaşırlar, sanki yeni-yeni gözəl ətirlərin yaradılmasına təşviq edən pəridən ilham alırlar. Maraqlıdır ki, bir çox halda niş ətirlərin qabları nəcib fransız şərablarının şüşələri kimi eyni olur. İstehsalçılar özləri də deyirlər ki, onlar üçün ən başlıcası məzmundur, qabın içərisindəki ətirdir, onun necə qoxu saçmasıdır, dəri üzərində özünü necə göstərməsidir. Elə brendlər də var ki, onların qabları özü özlüyündə sənət əsəridir - bu dəfə söhbət dizayn sənəti nümunələrindən gedir.

- Məsələn?

- Bizdə təmsil olunan İtaliyanın Angela Ciampagna şirkətinə məxsus məhsulların müəllifləri ətir kompozisiyasını ölkələrinin müxtəlif bölgələrindən toplanmış təbii komponentlərdən tərtib edir. Yerli şüşə ustaları qabları öz əlləri ilə hazırlayır, onun qapağını isə unikal metal element tamamlayır – bu özünəməxsus tərzdə olan “təkərcik” əslində qotika üslubunda qızıl gülə bənzəyən pəncərədir. Həmin vitraj milli abidə - Atri şəhərinin simvollarından biri olan Santa Mariya Assunta kafedral kilsəsinin girişi üzərində yerləşir.

Söhbətin sadəcə kommersiya məsulu deyil, məhz yüksək selektiv ətriyyatçılıq sənətindən getdiyinə dəlalət edən daha bir misal. İtaliyanın Acqua Delle Langhe brendinə məxsus ətirlərin müəllifləri kompozisiyanı tərtib edərkən geniş torpaq sahələrində becərilən üzüm dənəciklərinin ekstraktından istifadə edirlər. Həmin bölgə bütün dünyada məşhur olan, “şərabların kralı”adlanan nəcib dadlı turş Barolo Wein şərabları ilə tanınır. Ətir kolleksiyasını yaradanlar da məhz bu şərablardan ilhamlanır. Bu brendin bütün ətirləri parlaq şleyfə malikdir və indicə açılan şərab şüşələrindən saçan qoxunu xatırladır. Onların adları da bu bölgədən – La Morra-dan olan şərab növlərinin adları ilə üst-üstə düşür.

- Elə bir təəssürat yaranır ki, Siz hansısa incəsənət növündən bəhs edirsiniz...  

- Doğrudur. Axı ətir yalnız qoxu deyil, bu, özünəməxsus tərzdə ifadə olunan, xoş xatirələr və parlaq emosiyalarla bağlı bir sözsüz siqnaldır. Mən həmişə ətirləri, onların növünü, kompozisiyasını tanımağa çalışıram, onlara böyük diqqətlə yanaşıram, incə qoxuları belə seçməyə çalışıram. Bir dəfə rastlaşdığımız ətir yaddaşa həmişəlik həkk olunur. Məsələn, mən gələcək həyat yoldaşımla ilk görüşüm zamanı onun istifadə etdiyi ətiri daim xatırlayıram. O ətir mənə unudulmaz təsir bağışlamışdır. Bu gün də həmin ətir məndə həyat yoldaşımla romantik münasibətlərin başlanğıcı ilə bağlı xatirələr yaradır. Gözəl musiqi də insana bu cür təsir edir. Düzgün seçilmiş ətir insanın obrazını tamamlayır, selektiv (niş) ətir isə fərdliliyi, xasiyyəti əks etdirir, cazibə yaradır. Niş ətirdən istifadə edən insanlar kütləvi istehsal olunan və geniş yayılmış ətir istifadəçilərindən parlaq bir şəkildə fərqlənir. Siz unikal, nadir ətirinizdən həzz alırsınızsa, bu, obrazınızın cəmiyyətdə qəbul olunmasına mütləq təsir edir. Bu işdə də sizin ən yaxşı köməkçiniz məhz selektiv ətriyyat ola bilər, çünki o, standart deyil, orijinaldır, geniş reklam olunan, lakin çox halda biri-birinə oxşayan ətirlərdən qat-qat fərqlidir.

- Hər hansı bir müqayisə edə bilərsiniz?

- Niş ətriyyatını musiqi ilə müqayisə etsək, hesab edə bilərik ki, bu, bir növ klassik və ya caz musiqisidir – bir çoxunun xoşuna gəlir, lakin hər adam dinləmir. Dəb sənayesi ilə müqayisə etsək, demək olar ki, niş ətirləri - “haute couture”-dur, kütləvi istehsal olunan standart “prête-à-porter” kolleksiyalarından çox fərqlənir. Bir daha xatırlatmaq istərdim ki, niş ətirlərinin əsas fərqi onların hazırlanmasında təbii, bir çox halda olduqca nadir komponentlərdən istifadə olunmasıdır. Halbuki, kütləvi seqmentdə daha çox sintetik kimyəvi birləşmələr tətbiq olunur. Təbii materiallar sayəsində selektiv ətirlər dəridə 6 saatdan 24 saatadək, geyimdə isə bir neçə sutka qala bilər. Təqdim etdiyimiz brendlərin bəzi ətirləri o qədər qalıcıdır ki, bəzi alıcılarımız hətta yuyulmuş, kimyəvi təmizləmədən keçmiş geyimlərində belə qoxunun qaldığından təəccüblə danışırlar. Bu cür uzunmüddətli qalıcılığın sirri isə bu ətirlərin əsasının Cənub-Şərqi Asiya və Yaxın Şərqdə bitən ud/aqar ağacı – akvilarinin bahalı komponentlərindən ibarət olmasındadır. Ətirlərin qalıcılığı bitki, ağac, o cümlədən, səndəl ağacı, kəhrəba, müşk, paçuli, tütün və digər bitkilərin ekstraktı sayəsində də təmin edilir. Niş ətriyyatçılığında bu yağlar və ekstraktlar daha böyük həcmdə tətbiq olunur.

- Bu və ya digər ətirin nə dərəcədə qalıcı olduğunu hər hansı bir yolla müəyyən etmək olarmı? 

- Ətirin ehtimal olunan qalıcılığını onun kompozisiyasındakı yağların cəmləşməsi səviyyəsindən bilmək olar. Belə ki, qutu və ya şüşə qaba diqqət yetirsək görərik ki, ətirin tərkibindəki spirtin faiz nisbəti göstərilib. Yəni yağların həcmi nə qədər çoxdursa, ətir də o qədər qalıcıdır. Məsələn, ALCOHOL (80%) və ya 80% VOL yazıları göstərir ki, tərkibin 80 faizi spirt, qalan 20 faizi isə yağlardır. Digər sözlərlə, spirtin faiz göstəricisinin aşağı olması ətirdə daha çox yağın cəmləşdiyinə dəlalət edir. Butikimizdə tərkibi 35 faizədək ətir yağlarından ibarət olan məhsullara da rast gələ bilərsiniz. Həmçinin, ətirin, əgər belə demək olarsa, “formatına” da diqqət yetirmək lazımdır - PARFUM, EAU DE PARFUM və ya EAU DE TOILETTE. Mən bunları statusunun azalmasına doğru sadaladım. Məsələn, bizdə Anima Mundi brendinin məhsulları var ki, bunlar 75 ml həcmində təmiz PARFUM-dur.

- Qiymətlər barədə nə deyə bilərsiniz? Axı ətriyyat sənəti də maddi qurbanlar tələb edir...

- Əvvəlcə qeyd etmək lazımdır ki, niş ətirlər heç də həmişə olduqca yüksək qiymət demək deyil. Biz bilərəkdən münasib qiymət siyasəti yürüdürük. Distribütorluq müqavilələrimizdə əks olunan şərtlərdən irəli gələrək, istehsalçının rəsmi saytında göstərilən pərakəndə satış qiymətlərini təyin etmək məcburiyyətindəyik. Bu qiymətlər məhsulların yüksək keyfiyyətinə tam uyğun olaraq 40 - 300 avro arasında dəyişir. Axı bu niş ətirləridir! Lakin, müştərilərimizi düşünərək biz, istehsalçılarla razılaşma əsasında daim müxtəlif aksiyalar keçiririk. Bu isə o deməkdir ki, bütün ətirləri www.parfumstore.az saytımızda göstərilən qiymətdən 50-60 % endirimlə almaq olar.

- Bir çox alıcını məhsulların orijinallığı maraqlandırır. Məsələ ondadır ki, son vaxtlar tanınmış brendlərin məhsullarını təklif edən, lakin böyük şəbəkə mağazalarına aid olmayan bir çox satış nöqtəsi meydana çıxıb...

- Bu sualı mütləq verəcəyinizi bilirdim. Əvvəlcə təklif etdiyimiz məhsulların idxalı barədə bir neçə söz demək istərdim. İtaliyadan olan biznes tərəfdaşlarımızın dəvəti ilə mütəmadi olaraq ixtisaslaşmış beynəlxalq tədbirlərin, görüşlərin və konfransların keçirildiyi Avropa ölkələrinə səfər edirəm, məhsulların alınmasına dair rəsmi müqavilələr bağlayıram. Ətirlərin birbaşa istehsalçıların özlərindən alınması haqqında rəsmi müqavilələrimiz və sazişlərimiz var. Təklif etdiyimiz bütün ətirlərə həm rəsmi qaydada beynəlxalq mənşə sertifikatı verilir, həm də onlar Azərbaycan Respublikasının gigiyenik sertifikatını alır və ölkəyə idxal edildikdə bütün gömrük prosedurlarından keçir.

- Daha bir sual. Evdə bir neçə ətirim var və bilmək istərdim ki, onların saxlama şərtləri necədir?

- Əgər ətir açılmayıb və qutudadırsa, saxlama müddəti 10 ilədək ola bilər. Əgər artıq ətiri istifadə edirsinizsə, o halda qutusunda "18 M", "24 M" və ya "36 M" yazısı ilə müşaiyət olunan açıq qapaq piktoqramı görə bilərsiniz ki, bu da ətirin bütün keyfiyyətlərinin qorunub saxlandığı ayların sayını bildirir. Ətirləri qaranlıq, sərin və günəş işığından uzaq bir yerdə saxlamaq lazımdır.

- Ətraflı və maraqlı müsahibə üçün çox sağ olun!

- Mən də Sizə təşəkkür edirəm! Sizi və oxucularınızı butikimizdə gözləyirik.

PARFUMSTORE

Ünvan: Bakı, "28 May" metro stansiyası,

Perron Gallery Ticarət Mərkəzi

Tel/WhatsApp:

+994 70 807 77 21

+994 77 521 75 31

Sayt: www.parfumstore.az

https://instagram.com/parfumstore.az?igshid=rj0efx1wp61o

https://www.facebook.com/search/top?q=parfumstore.az

GALLERY GIFTS AND FLOWERS

Bakı, C.Cabbarlı küç., 50С

Tel:  +994 12 596 28 65

+994 12 596 13 80

GÜLÜM

Bakı, A.Bakıxanov küç., 53

Tel:

+994 12 441 02 00

+994 50 227 70 00

+ 994 50 227 70 03

Reklam hüququnda

Paylaş:
1848

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01
Bütün xəbərlər