Parlament seçkilərində ilk dəfə iştirak edəcək Könül Nurullayeva seçicilərlə görüşüb - FOTO - VIDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlament seçkilərində ilk dəfə iştirak edəcək Könül Nurullayeva seçicilərlə görüşüb - FOTO - VIDEO

15:40 - 25 / 01 / 2020
Parlament seçkilərində ilk dəfə iştirak edəcək Könül Nurullayeva seçicilərlə görüşüb - FOTO - VIDEO

24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayevanın insanlarla görüşləri davam edir.

Növbəti belə görüş Yanvarın 23-də Nizami rayonunun Qara Qarayev küçəsi 85, 69, 81, 77 və 79 ünvanlarında yaşayan sakinləri ilə keçirilib. Qara Qarayev küçəsi, 85 saylı binanın qarşısında yerləşən oyun meydançasında vətəndaşlarla səmimi söhbət zamanı məlum olub ki, onlar növbədənkənar parlament seckilərinə böyük ümid bəsləyirlər. Ölkə başçısı Cənab İlham Əliyevin və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən son islahatlar onlarda inamı daha da artırıb.

Bir gün sonra isə 24 saylı Nizami 1-ci seçki dairəsi üzrə Şərifli 100, M.Abbasov 23, K. Balakisiyev 61 və Q.Qarayev 68 ünvanlarında yaşayan binanın sakinləri ilə görüş keçirilib. Görüş zamanı K. Nurullayeva bir gənc olaraq, ağsaqqalların, ağbirçəklərin ona ümid işığı kimi baxmasından qürur keçirdiyini bildirib. Onların ümidlərini doğrultmağı gözəl və şərəfli missiya hesab edən namizəd vətəndaşların mövcud problemlərini dinləyib, çətinliklərin aradan qalxması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib. Sonda K.Nurullayeva seçicilərini bu istiqamətdə əl-ələ verib fədakarlıqla, əzmlə birgə çalışmağa səsləyib.

Könül Nurullayeva haqqında qısa məlumat

2009-cu ildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.

O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri olub.

K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanımdır.

2013-cü ildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.

Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin byaradılması haqqında sərəncam imzalayır. Könül Nurullayeva həmin Komitənin Katibi təyin edilir.

2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdman-Gender Bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.

Ailəlidir, 1 övladı var.

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

Paylaş:
977

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər