PAŞA Qrup Şirkətlərinin otellərinə dövlət tərəfindən qarşılanmış vəsaitlər şəhid ailələrinə təqdim olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Qrup Şirkətlərinin otellərinə dövlət tərəfindən qarşılanmış vəsaitlər şəhid ailələrinə təqdim olunacaq

13:30 - 22 / 09 / 2020
PAŞA Qrup Şirkətlərinin otellərinə dövlət tərəfindən qarşılanmış vəsaitlər şəhid ailələrinə təqdim olunacaq

Koronavirusla mübarizə məqsədilə dövlətin istifadəsinə təqdim olunan otel və obyektlər üzrə xərclər Nazirlər Kabinetinin qərarı ilə dövlət tərəfindən qarşılanmışdır.

Xərcləri qarşılanan otellər sırasına PAŞA Qrupa aid olan obyektlər də daxildir. Belə ki, daha öncə də qeyd olunan kimi, otaq sayına görə Bakı şəhərində ən böyük otel olan Boulevard Hotel və Naftalan şəhərində yerləşən otel həkimlərin və tibb işçilərinin qalması üçün təqdim edilmişdir. Karantinə yerləşdirilən insanlar üçün əlavə olaraq “Atletlər Kəndi”, həmçinin Siyəzəndə (Qalaalti Hotel & SPA), Lənkəranda (Lankaran Springs and Wellness Resort) və Şamaxıda (Shamakhi Palace Sharadil) yerləşən otellər də ayrılmışdır.

Azərbaycan dövləti tərəfindən atılan xeyirxah addıma cavab olaraq, PAŞA Qrup Şirkətləri kompensasiya edilmiş məbləği şəhid ailələrinə təqdim etmək qərarına gəlib. Belə ki, Qrupun otelləri tərəfindən həyata keçirilən xərcləri qarşılamaq məqsədilə təqdim edilən vəsait ölkəmizdəki 12000 şəhid ailəsinə yardım olaraq təqdim olunacaq. Dəstək tədbiri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi Siyahı əsasında və nazirlik tərəfindən təqaüdlə təmin olunan hər bir şəhid ailəsi üzvünü əhatə edəcək. “Regionun iri təşkilatlarından biri olaraq, yaranmış vəziyyətdə ölkəmizdə baş verən çətinliklərlə mübarizədə yaxından iştirak etməyi əsas öhdəliklərimizdən hesab edirik” – deyə PAŞA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov vurğulayıb.

Xatırladaq ki, 2020-ci ilin mart ayından etibarən, PAŞA Qrup Şirkətləri, ölkə Prezidentinin çağırışına ilk reaksiya verən şirkətlərdən biri olaraq, COVİD-19 pandemiyasının ölkədə iqtisadiyyat və səhiyyə istiqamətlərində yaratdığı fəsadların qarşısını almaq məqsədilə bir sıra Korporativ Sosial Məsuliyyət yönümlü tədbirlər həyata keçirib. PAŞA Qrupun dəstəyi ilə koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə dəstəyin göstərilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə birgə fermerlərə mikro kreditlərin təqdim edilməsi kimi sosial məsuliyyət yönümlü fəaliyyətlər  həyata keçirilib.

 

Paylaş:
2339

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər