Paytaxtda təmizliklə bağlı iməclik keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda təmizliklə bağlı iməclik keçirildi - FOTO

13:01 - 23 / 01 / 2021
Paytaxtda təmizliklə bağlı iməclik keçirildi - FOTO

Bakı şəhərinə yağan ilk qardan sonra paytaxtın kommunal və digər qurumları tərəfindən  Bakı şəhərində payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, qar yağmış ərazilərdəki prospekt, küçə və yollar  xüsusi təyinatlı avtonəqliyyat vasitələri və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənib, qarın çox yağdığı ərazilərə duz səpilib.

Ötən gün ərzində  paytaxtın kommunal xidmətləri tərəfindən şəhərdə qardan təmizlənən ərazilərdə  təmizlik işlərinin həyata keçirilib. Ərazinin genişliyi nəzərə alınaraq yanvarın 23-ü Bakı şəhərində paytaxtın bütün kommunal və digər qurumlarının iştirakı ilə daxili iməclik təşkil edilmişdir.

İlk növbədə əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin fasadları, vitrinləri yuyulub, qarşısı təmizlənib. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri  və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin  kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilib. 

İməclik günü Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləmiş, sınmış ağacları budamış, digər lazımı işlər həyata keçirilmişlər.

Qeyd edilmişdir ki, ölkə başçısınin diqqət və qayğısı nəticəsində paytaxtın kommunal xidmətləri üçün lazımı xüsusi təyinatlı texnika və avadanlıq alınmışdır. Bu da onların gündəlik işinə böyük köməkdir.

Gün ərzində keçirilən iməclik paytaxtın bütün rayonlarında təşkil edilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər davam etdiriləcəkdir.  

Qafar Ağayev

 

Paylaş:
451

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər