Pənah Hüseyn: Azərbaycana təhdidlər həm xaricdən, həm də daxildən var | 1news.az | Xəbərlər
Siyasət

Pənah Hüseyn: Azərbaycana təhdidlər həm xaricdən, həm də daxildən var

16:30 - 12 / 09 / 2019
Pənah Hüseyn: Azərbaycana təhdidlər həm xaricdən, həm də daxildən var

Məlum olduğu kimi dünən Bakıda Ana Vətən Partiyasının təşkilatçılığı ilə "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda "dəyirmi masa" keçirilib.

Mətbuatda iqtidar-müxalifət dialoqu kimi də qələmə verilən tədbirdə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra katibi Əli Əhmədov Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, AĞ Partiyanın sədri Tural Abbaslı, digər partiya sədrləri, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov və digər siyasi ekspertlər, QHT rəhbərləri, media nümayəndələri iştirak ediblər.

Dəvət almış bir sıra siyasi partiyalar, o cümlədən Müsavat Partiyasının başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu dəyirmi masaya qatılmayıb.

Müzakirələrin sonunda isə birgə bəyanat qəbul edilib.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn müzakirələrlə bağlı fikirlərini 1news.az-la bölüşüb. Onun sözlərinə görə, mətbuatda iqtidar- müxalifət görüşü kimi təqdim edilən bu tədbir dəyirmi masa formasında müzakirələrdən ibarət olub:

“Burda həm bir qrup siyasi partiyanın nümayəndəsi, həm siyasi ekspertlər iştirak edirdilər ki, onların ümumiyyətlə müxalifət-iqtidar göstəricilərinə aidiyyatı yoxdur. Həmçinin, KİV rəhbərləri, QHT nümayəndələri də görüşə qatılmışdılar ki, ikincilərə də siyasətlə məşğul olmaq qadağandır. Bu, bir dəyirmi masa idi, təşkilatçı da Ana Vətən Partiyası idi.  Dəvətlər və format da onlar tərəfindən müəyyən edilmişdir. Biz də Xalq Partiyası olaraq, hansısa bir müxalifət nümayəndəsi kimi yox, qeydiyyatdan keçmiş siyasi prtiyanın nümayəndəsi kimi dəvət olunmuşduq. İndi mətbuatda ola bilsin ki, Əli Əhmədovun, mənim və bir neçə siyasi partiya liderinin iştirakı belə bir təqdimatın jurnalistlər tərəfindən yazılmasına gətirib çıxarıb, amma bir daha təkrar edirəm ki, nə tədbirin dəvətində, nə də təşkilində, nə də qəbul olunmuş sənədlərdə bu məsələyə hətta işarə ediləcək hər hansı bir məqam yoxdur.

Amma insanlara qadağa da qoymaq olmaz. Orda ola bilsin ki,  qeyd etdiyim tərəflərin bu cür təqdimatı da bunu yazanların şərhidir.

P.Hüseyn hesab edir ki, müzakirə edilməli olan mövzular, təmas zərurəti mövcuddur, bir sıra məsələlərin aydınlaşdırlmasına ehtiyac var:

“Ona görə də mən də tədbirdə iştirak edib müəyyən məsələlərə aydınlıq gətirdim, proses gedir və bu da prosesin bir epizodudur. Bunu nə xüsusi şişirtməyə, nə də sıfırlamağa ehtiyac var”.

- Bəzi siyasi partiyalar o cümlədən Müsavat rəhbərliyi dəvət alsa, görüşdə iştirak etməyib. Bu cür yanaşmanı necə dəyərləndirirsiniz?

-Təkcə Müsavat partiyası deyildir, orda məlumat verildi ki, Klassik xalq Cəbhəsi Partiyası, Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Fərəc Quliyevin sədr olduğu Milli Dirçəliş Hərəkatı Partiyası Asim Mollazadənin sədr olduğu Demokratik İslahatlar Partiyası dəvətlilər siyahısında olublar, amma qatılmayıblar. Dəvət olunmayanlar sırasında Hafiz Hacıyevin sədr olduğu Müasir Musavat Partiyası,  İqbal Ağazadənin sədri olduğu Ümid Partiyası və  bir çox digər partiyalar, o cümlədən parlamentdə təmsilçiləri olan partiyalar da olub. Yəni hər halda təşkilatçılar belə bir məlumat verdilər.

- Bu cür müzakirələri cəmiyyət üçün nə dərəcədə əhəmiyyətli sayırsınız?

- Mən bunun cəmiyyətə xeyrinin olması qənaətindəyəm. Ən azı müəyyən məsələlərə aydınlıq gətirilir, belə müzakirlərin getməsi siyasi həyatda bir canlanma, diskusiya mühüti yaradır və prinsip etibarilə bizim səsləndirdiyimiz fikirlər, o cümlədən son dövrdə  başqa bir neçə siyasi partiyalarla yürütdüyümüz köklü islahatlara və dəyişikliklərə doğru platformada ifadə olunan əsas məsələlərdən biri iqtidar-müxalifət arasında real dialoqun başladılması, cəmiyyətin, ümumiyyətlə, digər siyasi və qeyri-siyasi qüvvələrin bura cəlb edilməsi Azərbaycanın üzləşdiyi problemlərin həll yollarından biri kimi irəli sürülüb. Demokratikləşmə, hüquqi dövlətin yaradılması əsas vasitələrindən bir kimi qeyd edilib. Proporsional seçki sisteminin bərpası,  “siyasi məhbus” probleminin həlli, korrupsiyaya qarşı mübarizənin real olaraq aparılması istiqamətində  bilisiniz ki, sistemli şəkildə bizim təkliflərimiz olub. Bu təkliflər belə müzakirələrdə əlbəttə ki, gündəmə gələ bilər.

- Amma bəzi siyasi partiya rəhbərləri həmin görüşdə iştirak edənləri qınadılar...

- Bu və ya digər hadisəyə öz münasibətini bildirmək Azərbaycan Respublikası vətəndaşının Konstitusiyada təsbit olunmuş hüququdur. Biz bu hüquqa müdaxillə edə bilmərik və buna hörmət edirik. Əlbəttə ki, əgər bu qınaq, yaxud tənqid ədəb daxilində aparılarsa, arzuolunandır.

- Sizcə, müzakirələrin mövzusu olan xarici müdaxilələr Azərbaycan üçün nə qədər təhlükəlidir?

-Məsələn, Ermənistandan gələn xarici təhlükə olduqaca təhlükəlidir. Eyni zamanda bizim bəzi qonşu dövlətlərin də Azərbaycana dost olmadığı və ölkəmizə qarşı dostluqdan kənar addımlar atdığı məlumdur Ümumiyyətlə, Azərbaycanın təhlükəsizliyinə təhdidlər həm xaricdən, həm də daxildən də var və bu xarici təhdidlərin neytrallaşdırılması əhəmiyyətli dərəcədə vacibdir. Azərbaycan daxilində elə bir siyasət aparılmalıdır ki, bu xarici təhlükələr neytrallaşdırsın, ən doğru yolu da ölkənin demokratikləşməsidir.

1news.az

  

Paylaş:
561

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər