“People have mother and sister!”: ingilis dilinə tərcümə edilmiş qanadlı ifadələrimiz Instagram-ı “partlatdı” – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“People have mother and sister!”: ingilis dilinə tərcümə edilmiş qanadlı ifadələrimiz Instagram-ı “partlatdı” – FOTO

11:00 - 24 / 01 / 2020
“People have mother and sister!”: ingilis dilinə tərcümə edilmiş qanadlı ifadələrimiz Instagram-ı “partlatdı” – FOTO

Son bir neçə gündə @azeridictionary Instagram səhifəsində yumorla ingilis dilinə tərcümə edilmiş gündəlik istifadə etdiyimiz qanadlı Azərbaycan ifadələri sözün əsl mənasında sosial şəbəkələri “partlatdı”. Qısa zaman ərzində səhifə 27.000 izləyici topladı. Və günbəgün səhifənin izləyicilərinin sayı artmaqda davam edir.

1news.az layihənin müəllifi Fazil Hümbətli ilə əlaqə saxladı. Bizimlə söhbət zamanı Fazil Hümbətli @azeridictionary səhifəsinin yaranma ideyasından, səhifənin tez bir zamanda artan populyarlığından və layihənin yaxın gələcək planlarından bəhs etdi.

Yaxın dostları onu sadəcə “Fuzzy” adlandırır. Fazilin qeyd etdiyinə görə, son bir neçə gündə çoxlu sayda insan onu məhz @azeridictionary layihəsinin müəllifi kimi tanıyıb. Fazil Hümbətli Bakıda doğulub və boya-başa çatıb. Hazırda Fuzzy-nin 22 yaşı var. Ali təhsilini memarlıq sahəsində alıb və hazırda ixtisası üzrə çalışır.

“Erkən yeniyetməlik yaşlarımdan incəsənət və tarixə böyük marağım olub, paralel olaraq YouTube üçün video-çarxlar da çəkmişəm. Eyni zamanda bir neçə musiqi kompazisiyasının da müəllifiyəm. Deyim ki, hər zaman hər hansı bir kreativ məhsulun yaradılması axtarışında olmuşam. Çox vaxt dostlarım layihəmi ərsəyə gətirmək üçün yeni ideyalar verirdi. Böyük sevinc hissi ilə deyim ki, sosial şəbəkələrdə yayılan @azeridictionary böyük marağa səbəb oldu və mənim yaratdığım ən uğurlu layihə oldu”.

@azeridictionary-nin müəllifi qeyd edir ki, Instagram-ı “partladan” layihənin ideyası onda qəfil yaranıb:

“Əminəm ki, hər bir kəsin sosial şəbəkələrdə bir-birinə gülməli memlər və məzəli paylaşımlar göndərən dostları var. Bir dəfə mən də bu cür paylaşım aldım: paylaşım Amerikadan bir səhifə idi və burada gülməli izahlarla verilən trend ifadələr yer almışdı. Məhz həmin vaxt layihənin məndə yaranma ideyası yarandı. Burada gündəlik istifadə etdiyimiz ifadələri “azərbaycanlılaşdırdım”.

F.Hümbətli bir neçə gün ərzində səhifə üçün kontent yaradıb və ilk olaraq bu, 6 paylaşımdan ibarət olub:

“Bir neçə saat ərzində səhifənin 100-ə yaxın izləyicisi oldu. O zaman bu fakta xüsusi diqqət yetirmədim. Səhər səhifəyə baxanda heyrətə gəldim. Minlərlə follover və çoxlu şərhlər. Səhifə bir gecəyə ən trend səhifələrdən biri oldu”.

@azeridictionary-nin məşhurluğundan (2 gün ərzində 25.000 izləyici toplayıb) danışdıqda F. Hümbətli qeyd edib: “Düşünürəm ki, Instagram-ın azərbaycanlı istifadəçiləri sosial şəbəkələrdə yalnız gülməli deyil, həmçinin keyfiyyətli, ən başlıcası isə yerli kontent görmək istəyirlər. Bununla yanaşı, layihənin qısa zamanda geniş auditoriya toplamasının sirri hər bir kəsin @azeridictionary-dəki ifadələrdən istifadə etməsi və mənin tərəfimdən səhifədə qeyd edilmiş  vəziyyətə düşməsidir”.

F.Hümbətli daha bir maraqlı faktı da bizlərlə bölüşüb. Sən demə onun səhifəsini izləyənlərin böyük əksəriyyəti xaricdə yaşayan azərbaycanlılardır:

“Son bir neçə gündə ABŞ, Kanada və Avropada yaşayan azərbaycanlılardan minlərlə ismarış alıram. Onlar bildirir ki, @azeridictionary vasitəsilə əcnəbi dostlarına unikal Azərbaycan ifadə və zarafatlarını çatdırırlar. Bu, məni çox sevindirir. Bu cür rezonans gözləmirdim. Belə ki, layihə heç kəsin dəstəyi olmadan yaradılıb. Və layihənin qısa zamanda bu qədər diqqət mərkəzində olması məni daha da ruhlandırır”.

@azeridictionary layihəsin müəllifinin sözlərinə görə, səhifədə hər yeni paylaşım izləyicilər tərəfindən böyük marağa səbəb olur. Onlar şəxsi mesajlar yazaraq layihə ilə bağlı öz arzu və ideyalarını bölüşürlər:

“Bəzən ismarışların çoxluğundan hər kəsə ayrı-ayrılıqda cavab yaza bilmirəm. Qeyd edim ki, layihənin ilk günündə məşhur azərbaycanı bloqqerlər tərəfindən dəstək aldım. Maraqlı rəylər çoxdur, ən çox məni güldürən: “Səhifə dollardan tez yüksəldi” şərhi oldu. Həmçinin şərh yazanlar arasında tərcümə zamanı satirik yanaşmanı diqqətə almayaraq bizim etdiyimiz tərcümənin səhv olduğunu düşünənlər də oldu”.

 

F.Hümbətli həmçinin qeyd edir ki, layihəyə tənqidi yanaşanlar da az deyil, lakin bu şərhlər də ən maraqlılar sırasındadır:

“Instagram istifadəçilərindən biri səhifəmizi tag edərək bunları yazmışdı: “@azeridictionary-ni paylaşmayan qaldı? Gözlərimiz mazol oldu!” bu zaman anladım ki, səhifəmiz trendə çevrilib”.

O, qeyd edir ki, bir neçə il incəsənət sahəsində çalışan biri kimi tənqidlərə açıqdır və hesab edir ki, əsaslandırılmış tənqid kontentin inkişafına və yaxşılaşdırılmasına yönələcək:

“Əsaslandırılmamış tənqidə diqqət yetirmək lazım deyil, necə deyərlər “Haters gonna hate”.

Əgər əvvəl @azeridictionary komandasında sadəcə layihənin müəllifi Fazil Hümbətli idisə, səhifənin sürətlə inkişafından sonra artıq o, tək deyil: “Artıq iki nəfərik – kontenti mən yaradıram, ideya və təklifləri komandamın üzvü və dostum Fidanla müzakirə edirəm. Düşünürəm ki, yaxın zamanlarda komandamız daha da genişlənəcək. Belə ki, çox ruhlanmışam və çoxsaylı auditoriyanın istəklərini nəzərə alaraq daha orijinal kontent yaratmağa hazıram”.

F.Hümbətlinin sözlərinə görə, səhifədə yerləşdirdiyi ilk paylaşımlardakı Azərbaycan ifadələri haqda düşünməyib:

“Bu, ağlıma gələn ilk sözlər idi. İndi isə yolda, işdə, dostlarım arasında, bir sözlə qarşılaşdığım hər kəs yeni ifadələr təklif edir. Son paylaşımlardan biri – “Gör, indi qaqan nağarajax” – ifadəsi bilmirəm hardandır, daha sonra şəbəkələrdə məşhur olan video-çarxlardan birində səsləndirildiyini gördüm. Sadəcə bir neçə saat ərzində paylaşım 8000 like qazandı və səhifədə ən populyar oldu”.

@azeridictionary-nin müəllifi qeyd edir ki, layihənin yaxın gələcəkdə qarşıya qoyulan məqsədləri çoxdur:

“Enerjimiz çoxdur və diqqətimizi daha çox kreativ paylaşımlara yönəltmişik. Şadam ki, satirik məna daşıyan nəşrlərimiz Instagram istifadəçiləri tərəfindən çox yaxşı qarşılandı, lakin bu, layihənin yalnız gülüş doğurması üçün yaradıldığı anlamına gəlmir. Eyni zamanda burada məqsəd cəmiyyətimizdəki çatışmazlıqlara diqqəti yönəldərək, bunların aradan qaldırılmasında öz töhfəmizi vermək istərdik”.

Müsahibənin sonunda Fazil Hümbətli qeyd etdi: “Azərbaycan dili dünyada yaşayan milyonlarla azərbaycanlını birləşdirdyi üçün qiymətlidir. Azərbaycan dili və mədəniyyəti zəngindir – bu, bizim xəzinəmizdir. Əminəm ki, layihədə tətbiq etdiyimiz dil yanaşmasına mühafizəkar baxanlar da olacaq. Lakin insanların diqqətini cəlb etmək üçün riskdən və yeniliklərdən qorxmaq lazım deyil. 1news.az komandasına maraqlı müsahibəyə görə minnətdaram. Səhifənin bütün istifadəçilərinə hər zaman müsbətə köklənməyi və ətrafdakılara gülüş bəxş etməyi arzu edirəm. @azeridictionary səhifəsini izləməəkdə davam edin!”

Tərcümə: S.Xankişiyeva

Foto: Instagram by @morefuzzy, @azeridictionary

Paylaş:
2467

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər