Politoloq: İşğal olunmuş Kəlbəcər və Laçın sakinləri rayonlarının işğaldan azad olunmasını və yurdlarına qayıtmasını tələb edirlər | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: İşğal olunmuş Kəlbəcər və Laçın sakinləri rayonlarının işğaldan azad olunmasını və yurdlarına qayıtmasını tələb edirlər

15:19 - 21 / 08 / 2019
Politoloq: İşğal olunmuş Kəlbəcər və Laçın sakinləri rayonlarının işğaldan azad olunmasını və yurdlarına qayıtmasını tələb edirlər

Kəlbəcər və Laçın rayonların əhalisi rayonlarının işğaldan azad olunmasını və özlərinin dədə-baba yurdlarına qayıtmasını tələb edirlər.

Bu barədə XİN mətbuat xidmətinin rəhbəri Leyla xanım Abdullayeva özünün tvitter hesabında məlumat verdi. Kəlbəcər və Laçının əhalisinin qayıtması Dağlıq Qarabağ münaqişəsinin praktiki mərhələsinin başlanğıcı ola bilər. Uzun müddətdir praktiki mərhələyə keçid mümkün deyil, müxtəlif mübahisələr gedir. Paradoksal görünsə də, Kəlbəcər və Laçına yerli əhalinin qayıtması ən asan məsələlərdən biridir:

  1. Kəlbəcər və Laçın rayonları ermənilər tərəfindən məskunlaşdırıla bilməyib.
  2. Azərbaycanın işğal olunmuş digər rayonları ilə müqayisədə Kəlbəcər və Laçında hərbi hissələri yoxdur, kiçik hərbi bölmələr yerləşdirib.
  3. Kəlbəcər və Laçın Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşir. Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan bir müddət öncə sərhədlərin birgə qorunması təşəbbüsü ilə çıxış etmişdi. A. Davtyanın bu ideyası da Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonunun ərazisində reallaşdırıla bilər; Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər və Laçın ərazisindəki hissəsi bu sərhədin Tovuz-Qazax, Naxçıvan və İran tərəfində olan hissələri ilə müqayisədə  az strateji yükə malikdir.

Azərbaycan XİN bu müraciətləri ATƏT MQ-yə göndərə və vasitəçilər sentyabr görüşünə qədər bu  müraciətləri təklif formasında tərəflərə təqdim edəcək. Məcburi köçkünlərin Kəlbəcər və Laçına qayıtması ideyasının icrası Azərbaycan və Ermənistanın hər ikisinə tapşırıla bilər; Ermənistan özünün orada qalan kiçik miqyasda olan hərbi hissələrini təmizləyir, Azərbaycan isə əhalinin ora daşınması və təhlükəsizliyi ilə məşğul olur. Təhlükəsizlik məsələsində Azərbaycan ATƏT MQ-nin formalaşmış ideyalarından istifadə edə bilər.

Kəlbəcər və Laçının azərbaycanlı əhali ilə məskunlaşması Ermənistana, onun Dağlıq Qarabağ siyasətinə müsbət təsir edəcək. Ermənistanın Dağlıq Qarabağa neqativ, destruktiv təsiri minimallaşacaq.

ATƏT-in MQ həmsədrləri Azərbaycan tərəfindən verilən və reallaşdırılması çox asan olan bu ideya ilə məşğul olmayacaqsa, o halda Azərbaycanın Dağlıq Qarabağın Ermənistanla olan kommunikasiyaları bağlamaq imkanı nəzərdən keçirilməlidir. Eləcə də o da nəzərə alınmalıdır ki, indi Azərbaycanın artilleriya qurğuları, raketləri hətta Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər arasındakı hissəsini də hərbi təlimlərin coğrafiyasına qoşa bilər.

Dağlıq Qarabağda “demokratiya” adlı teatr şousu başa çatır.

Dağlıq Qarabağ erməniləri arasında ciddi narahatlıq var. Siyasiləşmiş sosiumda ciddi müzakirələr bəzən etiraz aksiyalarına da çevrilir. Amma etiraz aksiyaları Qarabağ erməniləri üçün xarakterik hala çevrilməyib. Yerli hakimiyyət heç bir irəliləyiş yarada bilməyib. Mahiyyətinə görə yarada bilməz. Çünki hərbi-quldur rejimdir, məqsədi Dağlıq Qarabağ ermənilərini müəyyən məcrada saxlamaqdır.

Hal-hazırda qondarma Dağlıq Qarabağın keçmiş Baş naziri Arayik Arutyunyan birləşdirici faktordur. Baş nazir işlədiyi dövrdə Dağlıq Qarabağa külli miqdarda xaricdən investisiya cəlb edə bilib. Xüsusilə Livanda güclü dayaqları var idi. Bu layihələr reallaşmadı, pul A.Arutyunyanın  bank hesabına oturub.

Siyasi cəhətdən kifayət qədər çevikdir.

5 avqust mitinqinin gur keçməsini o təşkil etmişdi. N.Paşinyanın manerası Dağlıq Qarabağın erməni əhalisinin daxili aləminə uyğun deyil. Paşinyanın çağırışına Dağlıq Qarabağda o qədər adam toplaşa bilməz. Bu nonsensdir. A.Arutyunyan müəyyən rıçaqlara malikdir və bu mitinqi təşkil edə bildi. Bu mitinqin siyasi ssenarisinin müəllifi də A.Arutyunyan idi. Elə ona görə B.Saakyanın fitə basılmasına imkan vermədi. Bu funksiyanın icraçısı Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan idi.

A.Arutyunyan siyasi əlaqələrə malikdir. Ermənistanın keçmiş Baş naziri Karen Karapetyanın qohumudur. Bu baxımdan o “Əskəran” qruplaşmasına yaxındır. “Əskəran” qruplaşmasında da əsas fiqur qondarma qurumun keçmiş Təhlükəsizlik Xidmətinin rəisi Samvel Balasanyandır. Yeri gəlmişkən, o da vaxtilə prezidentliyə namizəd olub və Dağlıq Qarabağdakı hərbi xuntanın hansı metodlarla işlədiyini çox gözəl bilir.

Beləliklə Dağlıq Qarabağda baş verənləri bu qondarma qurumda prezident və yaxud hansısa bir rəhbər seçkisinə hazırlaşmaq kimi qəbul etmək düzgün deyil. Əhali sosial narazılığın ifadəsinə, xaosa doğru gedir.  Bu aktivlik nəticəsində bu vaxta qədər Dağlıq Qarabağda qurulmuş teatrallaşdırılmış tamaşanın bütün səhnə dekorasiyaları söküləcək. Dağlıq Qarabağın tərəfdarı olan bir sıra xarici siyasilər də başa düşəcəklər ki, Dağlıq Qarabağda demokratiyadan əsər-əlamət olmayıb.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
461

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər