Politoloq: Paşinyanla Bako Saakyanın görüşündə Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanması müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Paşinyanla Bako Saakyanın görüşündə Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanması müzakirə edilib

10:53 - 17 / 10 / 2019
Politoloq: Paşinyanla Bako Saakyanın görüşündə Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanması müzakirə edilib

Paşinyanın son günlərdə Dağlıq Qarabağ gündəliyi çox gərgindir, aktualdır və aktivdir.

B.Saakyanı Yerevana çağırdı və onunla çox saatlı görüşdə bu vaxta qədər keçirdiyi görüşləri müzakirə etdi. Aşqabadda MDB-nin sammitində Azərbaycan Respublikasının Prezidenti ilə təxminən 2 saatdan çox davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin detalları müzakirə olunub. Məhz N.Paşinyanla İlham Əliyevin görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrləri regiona səfər etdi. Onların əvvəlcədən anons vermədən  regiona səfəri çox böyük ehtimalla Aşqabad razılaşması ilə əlaqəsi olan məsələdir.

N.Paşinyan Yerevanda həmsədrlərlə  görüşdü. “Xalqların sülhə hazırlanmasının müzakirəsi” N.Paşinyanın mətbuat  xidmətinin yaydığı məlumatda xüsusi qeyd olunmuşdu. Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə həmsədrlər Xİ Naziri Z.Mnasakanyanla görüşdə öhdəliklərin mütənasibliyini  müzakirə ediblər.

Gürcüstanın Baş naziri G.Qaxariya da Yerevanda olarkən Dağlıq Qarabağ tənzimlənməsini ciddi müzakirə edib.

3 görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunması dinc tənzimləmədə aktivliyin göstəricisidir. Həmsədrlər qondarma qurumun de-fakto rəhbəri B.Saakyanla da görüşdülər. Yayılan məlumatda yeni bir şey yoxdur.  2017-ci ilin yayında o zamankı prezident Serj Sərkisyan Dağlıq Qarabağa gəldi və sülh planını qəbul etmək məcburiyyətində olduğunu açıqladı. O zaman qondarma qurum Dağlıq Qarabağın rəhbərliyi Serj Sərkisyana etiraz edə bilmədi. Amma indi isə qondarma Dağlıq Qarabağın rəhbərliyi N.Paşinyana qulaq asmır. Paşinyan S. Sərkisyanın nə dediyini bilir.

Son dövrlərdə xalqların sülhə hazırlanması daha çox humanitar aksiyaları əhatə edib. Bu, D.Əsgərov və Ş.Quliyev də daxil olmaqla “hamının hamıya” dəyişdirilməsi prinsipidir. Görünür, məhz bu Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələnin başlanğıcı olacaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
520

Son xəbərlər

Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02
Bütün xəbərlər