““Pub”larımızda yetərincə pivə yox idi” - AFFA rəsmisi | 1news.az | Xəbərlər
Futbol

““Pub”larımızda yetərincə pivə yox idi” - AFFA rəsmisi

13:36 - 12 / 02 / 2020
““Pub”larımızda yetərincə pivə yox idi” - AFFA rəsmisi

AFFA son illərdə beynəlxalq yarışları təşkil edib. 2012-ci ildə qadınlar arasında dünya çempionatı Bakıda baş tutdu. Bundan sonra aktiv idman tədbirlərinə keçdik. 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatı ölkəmizdə keçirildi. Məhz 2012-ci ildəki təcrübədən yararlandıq. 

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı tədbirdə deyib.

O əlavə edib ki, Azərbaycan futbolunda inkişaf olub: 

"Bakı şəhərində olan infrastrukturlar var və hamısı istifadə edilir. Avropa Liqası finalında şansımız gətirdi ki, iki ingilis nəhəngi bura gəldi. 3 gün ərzində həmin vaxt 38 min turist ölkəyə gəldi. İnfrastrukturdan danışanda təkcə stadionlar nəzərdə tutulmur. Bura hava limanı, yollar, nəqliyyat, "pub"lar, restoranlar daxildir. Zəif cəhətimiz var idi. "Pub"lar lazımi səviyyədə işləmədi. Yetəri qədər pivə yox idi. İngilislər ucuz olmasından istifadə edib həddən çox pivə içdilər. Ümid edirəm ki, "pub"lar bizə Avropa Çempionatı zamanı problem yaratmayacaq".

Məmmədov Bakıda baş tutacaq AÇ-2020-nin oyunlarından danışıb: "12 ölkədə bir yarışı təşkil etmək UEFA üçün çətin işdir. Yerli təşkilat komitəsinə böyük iş düşəcək. Ümid edirəm ki, təcrübədən lazımi səviyyədə yararlanacağıq. Bu tədbir ölkəmiz üçün gəlirdir. 111 min bilet xaricilər tərəfindən alınıb. Hər kəsə tövsiyə edirəm ki, biletlər alsın".

Elxan Məmmədov Bakı şəhərinin gələcəkdə Çempionlar Liqası finalını keçirmək üçün namizəd olacaq: "Biz gələcəkdə Çempionlar Liqası finalını keçirmək üçün namizəd ola bilərik. Bunun üçün infrastruktur var".

1news.az

 

Paylaş:
1117

Son xəbərlər

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55
Bütün xəbərlər