ru

Azərbaycan futbolu

18 İyul saat 11:53

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu, İrlandiya “Dandolk”udur.

“Dandolk” I təsnifat mərhələsində Latviyanın “Riqa” komandasını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Bu gün Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə “Dandolk” daha dəqiq olub - 5:4.

“Qarabağ” İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur