“Qarabağ qaziləri və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı və dostu bilirlər” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Qarabağ qaziləri və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı və dostu bilirlər” – Vətəndaş məktubları

17:52 - 25 / 06 / 2020
“Qarabağ qaziləri və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı və dostu bilirlər” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Vəli Ağasənovdan, Kürdəmir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün dünyanı ağuşuna almış koronavirusa qarşı Azərbaycanda Sizin rəhbərliyiniz altında görülən mübarizə tədbirlərini ürəkdən alqışlayırıq. Bəşəriyyətin təhlükəli virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin yaşlılara, uşaqlara, bir sözlə, hər kəsə göstərdiyiniz diqqət və qayğı bizi ruhlandırır. Bir daha gördük ki, dövlətimizin başçısı hər bir vətəndaşını fikirləşir, onun qayğısına qalır, sosial ehtiyaclarını təmin edir. Sizin sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Mehriban xanım Əliyevanın bir illik əmək haqqınızı həmin fonda ianə etməyiniz, xəstəliyin geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər görməyiniz, xalqa müraciət edərək bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırmağınız ən xoş sözlərə layiqdir.

Cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuz üçün Sizə kürdəmirlilər adından minnətdarlığımızı bildirirəm. İnanırıq ki, bu çətinliyi birlikdə tezliklə dəf edəcək, yenidən firavan həyata qovuşacağıq”.

Seyitxanım Rzayevadan, Siyəzən, Azərbaycan

“Möhtərəm Prezident.

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında imzaladığınız Sərəncamı televiziyadan eşitdim. Siyəzən sakini olaraq buna çox sevindim. Tarixi abidələrimizi yaşatmaq və onların yenidən təmir olunub gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyünüz işləri yüksək qiymətləndirirəm. Buna görə Sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun.

Bizlər Sizinlə qürur duyuruq. Allah Sizi və ailənizi qorusun!”

İsmayıl Məhərrəmovdan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının videokonfrans formatında keçirilən Sammitindəki dərin məzmunlu çıxışınızdan qürur duyuruq. Sizin işğalçı Ermənistanın baş naziri Paşinyanı irqçilik mövzusunda atdığı replikaya cavab olaraq tarixi faktlarla susdurmağınız Ağcabədi rayonunun Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini, veteranları hədsiz dərəcədə məmnun etdi. Biz bir daha əmin olduq ki, torpaqlarımız Sizin rəhbərliyinizlə yaxın vaxtlarda erməni silahlı qüvvələrinin işğalından tamamilə azad ediləcəkdir.

Hörmətli cənab Prezident, şəhid ailələrinə və Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı həyatımızda misilsiz rol oynayır. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması ilə əlaqədar dövlət qurumlarına ünvanladığımız müraciətlərə həssaslıqla yanaşılır, vaxtında lazımi tədbirlər görülür. Mən Qarabağ müharibəsi veteranıyam. Müharibədə bir ayağımı itirmişəm. Amma Sizin biz veteranlara olan doğma münasibətiniz mənə bütün ağrılarımı unutdurur. Qarabağ qaziləri və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı və dostu bilirlər.

Hörmətli Ali Baş Komandan, bizə - Qarabağ müharibəsi veteranlarına, əlillərə, şəhid ailələrinə göstərdiyiniz qayğıya görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirirəm. Allah Sizi qorusun”.

Sabir Alışovdan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bakının Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı münasibətilə keçirilən tədbirdə etdiyiniz çıxış məni çox duyğulandırdı. Azərbaycan xalqının 1990-cı illərin əvvəllərində üzləşdiyi hadisələri, yaşanan tarixi faktları, o dövrdəki hakimiyyət nümayəndələrinin səriştəsizliyi ucbatından düşdüyümüz ağır durumu çox dəqiqliklə diqqətə çatdıraraq dediniz: “O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın?”

Bəli, mən də o dövrü yaşayan şəxslərdən biriyəm. Məhz ümummilli liderimiz Heydər Əliyevin müdrikliyi, dərin zəkası və siyasi ustalığı Azərbaycanımızı vətəndaş müharibəsindən, parçalanmadan xilas etdi.

Cənab Prezident, mən tam inanıram ki, Heydər Əliyev məktəbi tarixin öhdənizə buraxdığı bütün işlərin həllində köməyiniz olacaqdır. Məni təəssüfləndirən məsələlərdən biri xaricdə yaşayan və əleyhimizə danışan “azərbaycanlılar”dır. Əgər onlar doğurdan da Azərbaycanı sevirlərsə, bu ölkə üçün səmərəli xidmət göstərsinlər, düşmən dəyirmanına su tökməsinlər. Onu da bilsinlər ki, həmin dəyirman bir gün onların özünü üyüdə bilər.

Əziz Prezidentim, mətbuatdan görürəm ki, Sizə çoxlu sayda minnətdarlıq məktubları gəlir. Mən də bir azərbaycanlı kimi ölkə vətəndaşlarına qoşularaq dövlətimiz, xalqımız, millətimiz üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnşallah, torpaqlarımız tezliklə azad olunar, bayrağımız Xankəndidə, Şuşada dalğalanar. Sizə cansağlığı, xalqımıza əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Elçin Aslanovdan, Qəbələ, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu məktub vasitəsilə Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilirəm.

Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, məni də qürurlandırdı. Koronavirus kimi qlobal məsələnin fonunda əhalinin sosial rifahı üçün atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş olduğunuzun təcəssümüdür. Sizi xalqa sevdirən də məhz bu müsbət amillərdir.

Cənab Prezident, əminəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyaya qalib gələcəyik. Allah bütün işlərinizdə köməyiniz olsun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
997

Son xəbərlər

Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17
Bütün xəbərlər