Qaraciyəri təmizləyən qidalar | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaraciyəri təmizləyən qidalar

16:43 - 23 / 09 / 2019
Qaraciyəri təmizləyən qidalar

Qaraciyərin yenilənməsində sağlam qidalanma böyük əhəmiyyət daşıyır.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, türkiyəli dietloq Nilay Keçəçi qaraciyəri yeniləyən və sağlamlığını qoruyan qidaların adlarını açıqlayıb.

Çiy sarımsaq toksinləri xaric edir

Ən yaxşı antioksidant mənbəyi sarımsaq bitkisidir. Sarımsaq qaraciyərin yenilənməsində olduqca əhəmiyyətli rol oynayır. O qaraciyər maddələrini hərəkətə keçirərək toksinlərin bədəndən xaric olunmasını təmin edir. Antioksidant, allisin, vitaminlər və sulfidlə zəngin olan bu bitki qaraciyərin funksiyasını yaxşılaşdıran maddələrin istehsal edilməsinə dəstək olur. Unutmayın ki, çiy sarımsaq bədənə daha güclü təsir göstərir.

Avokado

Avokadonun tərkibindəki Omeqa 6 yağları orqanizm üçün ən faydalı yağlardır. Bu yağ qaraciyər yenilənməsini təmin edir. Avokado adətən salatlarda və ya üzərinə limon sıxılaraq yeyilir. Gündə birdən çox avokado yeyilməsi məsləhət deyil. Bədəni sağlam yağ turşuları ilə təmin edən, eyni zamanda da toplanan zərərli yağ turşularını yox edən avokado qaraciyər yağlanmasının qarşısını almaq üçün olduqca effektlidir.

Üzüm çəyirdəyi qaraciyər üçün faydalıdır

Üzüm qaraciyər üçün əvəzolunmaz və təbii məhsuldur. Üzümün həm özü, həm də çəyirdəyi qaraciyər sağlamlığı üçün eyni dərədəcə faydalıdır. Aparılan bir çox araşdırma göstərib ki, üzüm çəyirdəyi qaraciyər xəstəliklərinin müalicəsində müsbət təsirə malikdir. Qaraciyərin başlıca funksiyası bədəni toksinlərdən təmizləmək olsa da, qaraciyərin özünü də təmizləməsi üçün üzümün menyuya daxil olması vacibdir.

Zəncirotu yarpaqları

Vitamin baxımından zəngin olan bu bitkinin tərkibi natrium, kalium, kalsium kimi elementlərdən ibarətdir və qaraciyər üzərində təsiri böyükdür. Qaraciyərdə meydana gələn problemləri aradan qaldırır və həzmi də rahatlaşdırır.

Brüssel kələmi qaraciyəri təmizləyir

Brüssel kələmi qara ciyəri yeniləyir və zərərli toksinlərin atılmasına yardım edir. Hidrogen-sulfid tərkibli birləşmələr qaraciyəri sərbəst radikalların təsirindən qoruyur, həddindən artıq hormon və toksinlərin atılması funksiyalarını dəstəkləyirlər.

Qaraciyər sağlamlığınız üçün bunlara diqqət edin!

Qaraciyərin sağlam olması üçün həddən artıq yağlı ət yeməkləri, spirtli içkilər, kolbasa, sosiska və basdırma kimi ət qəlyanaltıları, yağda qızardılmış qidalar, ət suyu, kakaolu ərzaqların və yağlı sousların qara ciyəri yorduğunu unutmayın.

Qaraciyər sağlamlığı üçün gündə mütləq 2 litrə yaxın su içmək lazımdır. İçdiyiniz suyun içərisinə az miqdarda sarıkök əlavə edin. Gündəlik 30 dəqiqəlik yürüşlər də qaraciyər yağlanmasının qarşısı alır.

1news.az

Paylaş:
3860

Son xəbərlər

Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10
Bütün xəbərlər