Qondarma rejimin bayrağını qaldıran erməni UFC-dən qovuldu və cərimələndi | 1news.az | Xəbərlər
İdman

Qondarma rejimin bayrağını qaldıran erməni UFC-dən qovuldu və cərimələndi

15:06 - 07 / 08 / 2020
Qondarma rejimin bayrağını qaldıran erməni UFC-dən qovuldu və cərimələndi

UFC-də çıxış edən ABŞ ermənisi Edmen Şahbazyan avqustun 1-də Derek Bransonla döyüş öncəsi oktaqona qondarma Dağlıq Qarabağ ilə bayrağı çıxdığı üçün turnirdən qovulub.

1news.az oxu.az-a istinadən xəbər verir ki, 22 yaşlı "Qızıl oğlan" ləqəbli idmançı "UFC Fight Night 173" döyüşündə uduzub. Amma onun qaldırdığı bayraq Azərbaycan tərəfinin qəzəbinə tuş gəlib.

Azərbaycan və Türkiyə səfirlikləri, Gənclər və İdman Nazirliyi tərəfindən UFC prezidenti Deyna Uayta göndərilən məktublara cavab olaraq idmançı həm turnirdən qovulub, həm də cərimələnib. Bunu onun məşqçisi Edmond Tarverdyan deyib:

"Mənə zəng gəldi və məlumatlandırıldım ki, Rusiyadakı Türkiyə səfirliyi və Türkiyə bayraqdan şikayət edib. Onlar deyib ki, ermənilər terrorçudur və oktaqona bu bayraqla çıxmaq hüquqları yoxdur. Həmçinin Türkiyə və Rusiyadakı Azərbaycan səfirliklərindən də şikayət olunub...

UFC-nin sponsoru olan "Reebok" tərəfindən bizə çatacaq məbləğdən cərimə kimi məhrum olunduq. Təəssüf ki, Azərbaycan və Türkiyə səfirlikləri məqsədlərinə çatdılar. Bizə görə əziyyət çəkən UFC heyətindən üzr istəyirəm..."

1news.az

Paylaş:
770

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər