ru

Cəmiyyət

19 İyul saat 15:32

Rafael Ağayev və Hacı Əliyev Tuva prezidentinin ad günündə - FOTO

Rafael Ağayev və Hacı Əliyev Tuva prezidentinin ad günündə - FOTO

Karate üzrə beşqat dünya çempionu Rafael Ağayev və güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Rusiya Federasiyası Tuva Respublikasının prezidenti Şolban Kara-oolun ad günündə iştirak ediblər.

1news.az ölkə.az-a istinadən bildirir ki, prezident onları şəxsən öz təyyarəsi ilə Bakıdan götürərək Tuvaya aparıb.

İdmançılar muxtar respublika prezidentinin 53 yaşını təyyarədə qeyd ediblər.

Qeyd edək ki, Şolban Kara-ool keçmiş karateçi olub. İdmançılarımızla tanışlıq isə müstəqil Azərbaycanın ilk karate çempionu İlyas Xəlilov vasitəsilə baş tutub.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur