“Regional İnkişaf” İB ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Regional İnkişaf” İB ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

17:52 - 06 / 04 / 2020
“Regional İnkişaf” İB ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

“Regional İnkişaf” İctimai Birliyi (İB) ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır.

Birlikdən 1news.az-a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasına qarşı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) xüsusi rejim dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri vahid virtual məkanda birləşdirən portal yaradır. Hər bir aztəminatlı şəxs, eləcə də yardım göstərərək bu layihədə iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər portalda qeydiyyatdan keçdikdən sonra onların əlaqələndirilməsi və müvafiq yardımların göstərilməsi təmin ediləcək.

Layihənin məqsədi dövlət tərəfindən həyata keçirilən sosial siyasətə dəstək göstərmək, köməyə ehtiyacı olan insanlara yardım etmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Daxil olan müraciətlər RİİB tərəfindən araşdırılacaq, ərzaq sovqatları hazırlanacaq və onların qısa müddətdə ehtiyacı olan şəxslərə çatdırılması təmin ediləcək. Portalda daxil olan müraciətlər və göstərilən yardımlar barədə məlumatlar mütəmadi öz əksini tapacaq.

Xatırladırıq ki, ərzaq ehtiyacı olan aztəminatlı insanlar və onlara yardım etmək imkanı olan şəxslər portala onlayn qaydada, eləcə də RİİB-in “150” çağrı mərkəzinə zəng etməklə müraciət edə bilər.

Xatırladaq ki, COVID-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 20 aprel 2020-ci il tarixədək elan olunan xüsusi rejim dövründə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti müvəqqəti dayandırılıb, virusa yoluxmada risk qrupuna daxil olduğundan 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.

65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır, müxtəlif sosial xidmətlər göstərilir.

S.Xankişiyeva

 

Paylaş:
676

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər