Reklam şirkətləri Baş nazirdən cavab gözləyirlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Reklam şirkətləri Baş nazirdən cavab gözləyirlər

12:37 - 04 / 06 / 2020
Reklam şirkətləri Baş nazirdən cavab gözləyirlər

Xəbər verdiyimiz kimi, Azərbaycanda 20-dan çox reklam şirkəti pandemiya dövründə müştərilərinin açıq hava reklamlarının icarələrindən imtina etməsi səbəbi ilə Baş Nazir Əli Əsədova reklam şirkətlərini 2020-ci il aprel va may ayları üçün rüsum va yayım haqqlarından azad olunması üçün müraciət etmişdilər. 

Müraciətin mətnini təqdim edirik:

“Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargahın sədri cənab Əli Əsədova
Surəti: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi idarə Heyətinin sədri cənab Aydın İbadova

Bildiyiniz kimi, son günlərdə koronavirus pandemiyası qlobal təhlükə olaraq Respublikamızdan da yan keçməmişdir. Prezident İlham Əliyev cənablarının tapşırıqları ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın 30 Mart 2020-ci il tarixli koronavirus (covıd-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirler haqqında məlumatında 31 mart 2020-ci il tarixindən insanların həyat va fəaliyyati üçün zəruri olan iş va xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyatlər dayandırılmışdır.

Təbii olaraq insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunduğu halda açıq hava reklamları öz qüvvəsini itirir. Bu halda onlayn satışlara icazə verildiyi üçün müştərilərimiz büdcələrini rəqəmsal reklam vasitələrinə yönəldirlər. Bu səbəbdən təbii olaraq beynalxalq və yerli şirkətlər açıq hava reklamlarının icarələrindən imtina edirlər.

Təəssüf hissi ilə bildiririk ki, reklam şirkətləri olaraq demək olar ki, heç bir iqtisadi fəaliyyatimiz qalmamışdır. Reklam şirkətlərinin iqtisadi imkanları yalnız Prezident İlham Əliyev cənablarının işçilərin ixtisar edilməməsi çağırışına birmənalı olaraq əməl etməsinə imkan verir.

Sizin göstərdiyiniz dəstək sayəsində reklam şirkətlərinin xidməti pandemiyadan zərər çəkmiş şirkətlər siyahısına salınmışdır. Bunun qarşılığı olaraq əmək haqqı fondunun müəyyən hissəsi Nazirler Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən qarşılanmışdır. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Reklam şirkətlərinin əsas maliyya öhdəliklərindən biri reklam qurğularına görə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə rüsum va yayım haqlarının ödənilməsidir. Pandemiya səbəbindən beynəlxalq və yerli şirkətlərin açıq hava reklamlarının icarələrindan imtina etməsi, bu sahədə har hansı bir fəaliyyətin olmaması reklam yayımına görə daxilolmaların kəskin azalmasına, gəlirlərimizin zərərlə əvəz olunmasına səbəb olmuş va hal-hazırkı durumda Aprel ve May aylarına görə rüsum va yayım haqlarını ödəmək üçün hər hansı maliyyə vəsaiti mövcud olmaması ilə nəticələnmişdir.

Hal-hazırkı durumda reklam şirkətlərinin düşdüyü iqtisadi çətinliyi və fəaliyyətsizliyi, reklam agentliklərinin fəaliyyət sahəsinin pandemiyadan zərər çəkmiş fəaliyyət növləri siyahısında olmasını nəzərə alaraq reklam şirkətlərinin 2020-ci il aprel va may ayları üçün rüsum va yayım haqlarından azad olunması üçün köməklik göstərməyinizi Sizdən xahiş edirik”.

Reklam şirkətləri ən yaxın zamanda müraciətlərinə baxılaraq məsələnin müsbət həll olunacağına ümid edirlər.

1news.az

Paylaş:
1502

Son xəbərlər

Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59
Bütün xəbərlər