Rəşad Atakişiyev dəfn olunub – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Atakişiyev dəfn olunub – FOTO – YENİLƏNİB

11:50 - 21 / 08 / 2019
Rəşad Atakişiyev dəfn olunub – FOTO – YENİLƏNİB

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib.

1news.az xəbər verir ki, vida mərasimindən sonra R.Atakişiyev II Fəxri xiyabanda torpağa tapşırılıb.

10.47

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.

1news.az xəbər verir ki, vida mərasimində iştirak edən Müdafiə Nazirliyinin rəhbərliyi pilotun valideynlərinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilot R.Atakişiyevin nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib.

09.36

Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu, polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir.

Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb.

Yaşadığı ünvandan götürülən Rəşad Atakişiyevin cənazəsi rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılacaq.

Qeyd edək ki, təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin dünən nəşi tapılıb.

MiQ-29 təyyarəsinin pilotunun nəşi tapılıb - RƏSMİ - YENİLƏNİB

publika.az

Foto - Report.az

1news.az

Paylaş:
1613

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər