Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər

16:35 - 09 / 07 / 2020
Sahibkarlar yeni şərtlər əsasında işləməyi öyrənməlidirlər

COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə hökumətin fərqli istiqamətlərdəki addımları daha da intensivləşib.

Cəmiyyətdə bu məsələ ilə bağlı vətəndaşları, iş adamlarını prosesdə fəal iştirak etməyə səsləyən çağırışlar aktuallaşıb. Bu işdə sahibkarların, iş adamlarının rolu xüsusilə qeyd edilməlidir. Sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyi öyrənməlidirlər.

1news.az-ın verdiyi xəbərə görə, iqtisadçı ekspert Azər Mehdiyev bildirib ki, pandemiya şəraitində dünya yeni çağırışla üzləşib: “Bundan sonra dünyada belə halların təkrarlanmayacağına ümid yoxdur. Artıq bu cür hadisələr milli təhlükəsizlik məsələsinə çevrilir. Bundan sonra dövlətlərin hazırlamalı olduqları strategiyalardan və hər zaman əl altında olmalı sənədlərdən biri virusun yayılması dönəmlərində fəaliyyətin necə təşkili məsələsi olacaq. Biznesin, xüsusilə kütləvi xidmət sahəsinə aid bizneslərin buna hazırlaşması və müəyyən edilmiş qaydalara əməl etmələri biznesin ayrılmaz hissəsi kimi meydana çıxacaq.

Bununla yanaşı, sırf indiki dönəmlə qapalı biznes obyektlərində, xüsusilə bütün səviyyələrdə marketlərdə karantin tələblərinin gözlənilməsi virusun yayılma sürətinin azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Marketlərin əksəriyyətində hələ də bu məsələyə gözdən pərdə asmaq yanaşması hiss olunur. Bu, ciddi təhlükə mənbəyidir. Karantin tələblərinə uyğun qaydaların müəyyən edilməsi və bunlara riayət edilməsi indiki halda biznesin bütün sahələrində, xüsusilə marketlərdə həyat əhəmiyyətli məsələ kimi gündəmdə durur”.

S.Xankişiyeva

 

Paylaş:
857

Son xəbərlər

“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28
Bütün xəbərlər