Sahil Babayev "Yüksəliş” müsabiqəsində iştiraka çağırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahil Babayev "Yüksəliş” müsabiqəsində iştiraka çağırdı

14:45 - 24 / 01 / 2020
Sahil Babayev "Yüksəliş” müsabiqəsində iştiraka çağırdı

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmək bazarında yüksəlmək istəyən peşəkarlara dəvət ünvanlayıb.

1news.az-ın verdiyi xəbərə görə, S.Babayev bildirib ki, "Yüksəliş” müsabiqəsi əmək bazarında yüksəlmək istəyən hər bir peşəkar üçün irəliyə doğru böyük bir addımdır. Bu baxımdan müsabiqənin hər mərhələsi yeni imkanlar yaradacaq.

"Yüksəliş" ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir. “Yüksəliş” müsabiqəsi insan kapitalının inkişafı məqsədilə Azərbaycan hökumətinin başladığı növbəti təşəbbüsdür.

S.Babayev qeyd edib ki, bu təşəbbüsdə yüksək intellektual zəka və sosial məsuliyyət sahibi olanlar uğur qazanır. Müasir əmək bazarının əsas tələblərindən olan innovativlikləri tətbiq edən, dəyişikliklərə hazır olan və bu yanaşmaları öz fəaliyyət sahəsinə gətirməyi bacaranlar qalib olur. Bu müsabiqənin iştirakçılarında həm də qərar qəbuletmə bacarığı, işin bölüşdürülməsi, risk və böhranın idarə edilməsi bacarıqlarına diqqət yetirilir. Strateji düşünənlər, komandada ilə işləməyi bacaranlar, büdcəni idarə edə bilənlər peşəkarlarla görüşmək, şəxsi inkişaf planları əldə etmək, hətta idarəçi rəhbərlərlə çalışmaq imkanı əldə edirlər:

"Nəticədə yaşından, ixtisasından, fəaliyyət göstərdiyi sahədən, dövlət, ya da özəl strukturda çalışmasından asılı olmayaraq “Yüksəliş”ə qatılan hər şəxs tələb olunan kadr ehtiyatının inkişafı proqramında iştirak edib, ölkənin gələcəyini quracaq şəxslərdən birinə çevrilir. “Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!""

Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edəcək.

S.Xankişiyeva

 

Paylaş:
1360

Son xəbərlər

31 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35
Bütün xəbərlər