Şahin Seyidzadə Qobustanda vətəndaşlarla səyyar qəbul keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahin Seyidzadə Qobustanda vətəndaşlarla səyyar qəbul keçirib – FOTO

09:26 - 24 / 09 / 2020
Şahin Seyidzadə Qobustanda vətəndaşlarla səyyar qəbul keçirib – FOTO

Azərbaycan Respublikası Milli Məclisində 50 saylı Abşeron-Qobustan seçki dairəsini təmsil edən deputat Şahin Seyidzadə 22-23 sentyabr tarixlərində vətəndaşlarla qəbullar həyata keçirib.

1news.az-ın verdiyi xəbərə görə, 1 şəhər, 33 kənd və qəsəbədən ibarət olan Qobustan rayonu üzrə xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq 2 gün ərzində keçirilən qəbullarda ümumilikdə 60-dan çox vətəndaş iştirak edib. Qəbulların birinci hissəsi 22 sentyabr günün birinci yarısı Poladlı, Yekəxana və Təsi kəndləri, ikinci yarısında isə Bədəlli, Cəmcəmli, Sədəfli kəndlərinin sakinləri ilə keçirilib. 23 sentyabr tarixində isə günün birinci yarısı Ərəbqədim, Nardaran kəndləri, günün ikinci yarısı isə Şıxzahırlı kəndi və İlanlı qəsəbə sakinləri ilə qəbul keçirilib.

Millət vəkilinin öz sosial şəbəkələrdə olan hesablarında görüşlər haqda yerləşdirilən məlumatlarda qeyd olunur ki, qəbullarda əsasən infrastruktur, kommunal, məşğulluq, kənd təsərrüfatı, social təminat, hüquq, torpaq, əmlak və təhsil sahələri üzrə müraciətlər səsləndirilib. Keçirilən qəbullarda Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini, həmçinin adıçəkilən kəndlərin İcra Nümayəndələri də iştirak etmişdir.

Məlumat üçün qeyd edək ki, Millət vəkili Şahin Seyidzadə cari ayda təmsil etdiyi seçki dairəsinə Abşeron rayonu üzrə daxil olan kənd və qəsəbələrdən sakinlərlə 16 və 18 sentyabr tarixlərində qəbullar keçirmişdir.

S.Xankişiyeva

 

Paylaş:
916

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər