Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

15:18 - 07 / 04 / 2020
Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

5-6 aprel tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə onlayn respublika birinciliyi baş tutub.

1news.az-ın məlumatına görə, yarışlar 11 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə www.chess.com internet portalı üzərindən keçirilib.

Birincilikdə iştirak üçün 7-17 yaşlı məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin, şahmat klublarının 500-dən çox şahmatçısı qeydiyyatdan keçib.

Oyunlar Youtube (https://www.youtube.com/watch?v=A23aaKNKpf4&t=5344s) üzərindən canlı olaraq şərh olunub.

Yarışın əsasnaməsinə uyğun olaraq toplanılan xallara əsasən, müvafiq yaş qrupları üzrə (7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar) qaliblər müəyyənləşdirilib.

Birincilikdə ümumi hesabda I yerə “Təhsil” RİM-in 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Müthət Gülümov, II yerə “Təhsil” RİM-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Şiroğlan Talıbov, III yerə “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyinin “Şahmat və Dama” Klubunun yetirməsi Cahandar Azadəliyev layiq görülüb. İlk üç yeri tutan şahmatçılar www.chess.com saytında bir illik üzvlük imkanı (I yer-“brilyant” üzvlük, II yer- “platin” üzvlük, III yer-“qızıl” üzvlük) əldə edib.

Hər yaş qrupu üzrə I, II, III yeri tutan oğlan və qız şahmatçılar diplomlarla təltif olunub. Diplomların elektron surəti qaliblərin elektron ünvanlarına göndərilib.

Qeyd edək ki, onlayn formatda yarış koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti olaraq dayandırıldığından məktəblilərin ev şəraitində vaxtlarını daha da səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün təşkil edilib.

1news.az

Paylaş:
484

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər