“Savalan” Neftçilər Günündə yeni Nobel Exclusive Collection 2016 şərabını təqdim edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Savalan” Neftçilər Günündə yeni Nobel Exclusive Collection 2016 şərabını təqdim edəcək

10:00 - 18 / 09 / 2020
“Savalan” Neftçilər Günündə yeni Nobel Exclusive Collection 2016 şərabını təqdim edəcək

Ölkəmizdə hər il sentyabrın 20-də neft sənayesi işçilərinin peşə bayramı – “Azərbaycan Neftçiləri Günü” qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq “Savalan-ASPI Winery” MMC yeni şərab – Nobel Exclusive Collection 2016-nı təqdim edəcək.

Azərbaycan ən qədim zamanlardan “Odlar yurdu” adlandırılmışdır. Belə ki, ölkəmizin ərazisi neft və qaz yataqları ilə zəngin olmuş və məhz Azərbaycan nefti sayəsində vaxtilə Nobel qardaşları öz biznes imperiyalarının əsasını qoymuşlar.

1874-cü ildə tüfəng qundağının istehsalında istifadə olunan nadir ağac növü üçün Bakıya gələn Robert Nobel neftlə bağlı geniş biznes imkanları görür və burada iş qurmaq fikrinə düşərək qardaşlarını da cəlb edir. Nobel qardaşları yeni texnologiyaları tətbiq edərək tezliklə dünyanın ən böyük neft sənayeçilərindən birinə çevrilirlər. 1989-cu ildə istedadlı alim və mühəndis Lyudviq Nobel texnologiyada mükəmməlliyə  görə illik mükafat təsis edir və bu mükafat sonradan məşhur Nobel mükafatı kimi tanınır.

2015-ci ildə Nobel ailəsinin rəsmi nümayəndələri yeni şərab növündə onların şəxsi loqosundan istifadə etmək təklifi ilə “Savalan-ASPI Winery” MMC-yə müraciət edirlər. Bu təklif şirkət üçün böyük şərəf oldu və yeni kateqoriyanın – şəxsi, patentli adlı şərablar mənasını verən “Proprietary Wines”in formalaşmasının təməlini qoydu. Bu da yaxın gələcəkdə “Savalan-ASPI Winery” MMC-nin öz brendini tanıtmaq üçün yeni üfüqlər açacaqdır. Beləliklə, Nobel Exclusive Collection 2016-nın yaranma hekayəsi belə başladı.

Nobel Exclusive Collection 2016 – bənövşəyi-qırmızı, incə və sıx tanninlərlə zərif şərabdır. Qırmızı və qara giləmeyvə, eləcə də ədviyyatlı notalarla zəngin buketə malikdir. İpək-məxmər quruluşu ilə incə həll edilmiş turşuluğu içkini xüsusilə nəfis, zərif və eksklüziv edir.

Nobel Exclusive Collection 2016 şərabı – Alikante Buşe, Kaberne Savinyon və Kaberne Frank  üzüm növləri kupajından hazırlanmışdır. “Ganimede” çənlərində xüsusi qayğı ilə fermentləşmiş, struktur dolğunlugu üçün 1 ildən artıq böyük palıd çənlərdə saxlanmışdır. Şərab zəngin rəngə, ağır taninlərsiz məxmər dada, cazibədar ətrə malikdir.

Nobel Exclusive Collection 2016 artıq ilk qızıl medalını – “Grand International Wine Award Mundus VINI 2020” 26-cı beynəlxalq müsabiqəsində alıb. Bu qələbə, şübhəsiz ki, son deyil və bir daha sübut edir ki, bənzərsiz iqlim şəraiti və mükəmməl istehsal keyfiyyəti sayəsində “Savalan” şərabları dünyaca məşhur brendlərlə bir sırada dayana bilər.

“Savalan-ASPI Winery” MMC və “Savalan” şərablarının fəaliyyətinə dair daha ətraflı məlumatı rəsmi saytında, həmçinin Facebook Instagram sosial şəbəkələrində tapa bilərsiniz, bütün əlaqə məlumatları aşağıdakı linkdədir.

Reklam hüququnda

Paylaş:
956

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər