Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik - FOTO

17:25 - 15 / 01 / 2021
Səfir: AZƏRTAC ilə Əlcəzair mediası arasında əlaqələrin qurulmasını istərdik - FOTO

AZƏRTAC ilə Əlcəzair KİV-ləri arasında əməkdaşlığın qurulması və informasiya mübadiləsinin aparılması ölkələrimiz haqqında daha obyektiv və dürüst məlumatların yayılmasına şərait yaradar.

Bu fikirlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhakın görüşündə səsləndirilib. Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı birgə layihələrin reallaşdırılması, məlumatların operativ mübadiləsi məsələləri müzakirə olunub.

Qonağa AZƏRTAC-ın fəaliyyəti və dünya informasiya məkanında mövqeyi barədə məlumat verilib. Bildirilib ki, agentliyimiz bir sıra beynəlxalq və regional media qurumları çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyində Əlcəzair Xəbər Agentliyi (APS) ilə əməkdaşlıq edir. Bu münasibətlərin ikitərəfli müstəviyə keçirilməsi, Azərbaycan və Əlcəzairin aparıcı informasiya agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı xəbər mübadiləsi hər iki tərəf üçün faydalı olar.

Azərbaycanla bağlı məlumatları AZƏRTAC-ın saytında ərəb və fransız dillərində əldə etdiyini deyən Salima Abdelhak agentliyin Əlcəzair haqqında da xəbərlər yaymasından məmnunluğunu ifadə edib. “AZƏRTAC ilə APS agentliyi arasında daha sıx əlaqələr qurulmasını istərdik. Düşünürəm ki, xəbər mübadiləsinin üçüncü tərəf vasitəsilə deyil, birbaşa iki agentlik arasında aparılması önəmlidir”, - deyə diplomat bildirib.

Görüşdə, həmçinin informasiya sahəsində əməkdaşlığın perspektivləri, medianın inkişafındakı tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
396

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər