Səhər yeməyinə bunları yemək faydalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhər yeməyinə bunları yemək faydalıdır

17:14 - 25 / 05 / 2020
Səhər yeməyinə bunları yemək faydalıdır

Bütün gündəlik əhvalımız səhər yeməyindən asılıdır, buna görə səhər günə gözəl başlamaq çox vacibdir.

1news.az medicina.az-a istinadən bildirir ki, həkimlər maqnezium, lif, kalium və kalsium kimi maddələrlə zəngin qidalar seçməyi və şəkər çox olan qidalardan çəkinməyi məsləhət görürlər. Ən azı 300-350 kalori olan balanslı bir səhər yeməyi sağlam qidalanma hesab olunur və bütün günü enerji üçün kifayət edir. Şəkərsiz süd məhsulları, bütün növ dənli bitkilər, tərəvəz və meyvələrə üstünlük vermək daha yaxşıdır.

Səhər qəbul etdiyiniz qidaların bəziləri haqqında bilmədiklərinizi sizə təqdim edirik.

Yulaf yarması ən yaxşı səhər yeməyi seçimlərindən biridir. Bütün taxıllar kimi yulaf yarması da lif, bitki mənşəli protein, B vitaminləri və minerallar, o cümlədən dəmir, kalsium və maqnezium ilə zəngindir. Yulaf yarması xolesterolu normallaşdıran beta-qlükan sayəsində ürək xəstəlikləri riskini azaldır.

Yumurta

Yumurtalarda A, D və B12 vitaminləri var. İki böyük yumurtada, tələb olunan gündəlik dozanın 50% -dən çoxu var. Bu da yaddaşa və əhval-ruhiyyəyə müsbət təsir göstərir. Bir yumurtada orqanizmimizdə dəri, qan və sümüklər üçün zəruri olan təxminən 8 qram protein var. Bundan əlavə yumurta bütün taxıllar, pomidor, eləcə də brokkoli və göbələk ilə yaxşı gedir. Bunlarla da səhər yeməyi bişirə bilərsiniz.

Şirinləşdirilməmiş süd məhsulları, maddələr mübadiləsini gücləndirən protein və faydalı probiyotiklərlə doludur.

Fol turşusu və B6 vitamini sayəsində bananlar serotonin istehsalına və əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Normal səhər yeməyi üçün, yulaf yarmasına banan və bir qaşıq kətan toxumu əlavə etməyi məsləhət görürük.

Qara çay və ya qəhvənin tərkibində şişkinliyi azaldan antioksidanlar və kofein var. Ama bu içkilərə şəkər əlavə etməmək mütləqdir.

Yağlı latte, səhər yeməyi sevməyənlər üçün əla vasitədir. Böyük bir fincan latte təxminən 13 qram proteinə malikdir, eyni zamanda çox miqdarda süd səbəbindən kalsium və kalium ehtiva edir.

Dənli bitkilər orqanizmi antioksidanlarla təmin edir. Kalsium, maqnezium, sink və dəmir kimi minerallarla da zəngindir. Bundan əlavə, B vitamini bədənə lazımi enerji verir.

Avokadolar ürəyin "dostu"yağlar, bol miqdarda su və liflərlə zəngindir. Bu birləşmə uzun müddət doyma hissi yaradır.

Fındıq və fıstıq yağı da ürək üçün faydalı olan doymamış yağlarla zəngindir və xroniki xəstəliklər riskini azaldır.

Giləmeyvə qan damarlarını qoruyur və qan dövranını artırır. Bir stəkan qarağatın tərkibində təxminən 9 qram lif və tövsiyə olunan gündəlik C vitamini normasının 50% -i var.

Pendir

Çox miqdarda protein ehtiva edir. Bundan əlavə, süd məhsulları kalsium, kalium və maqneziumla zəngindir, bu da şişkinliyi azaldır və qan təzyiqini normallaşdırır.

1news.az

Paylaş:
669

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər