Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib

16:01 - 19 / 01 / 2021
Şəhid ailələrinə və əlillərə birdəfəlik yardım göstərilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvlərinə və əlillərə yardım edilib.

Komitədən 1news.az-a bildirilib ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxıb. Bu yolda çox sayda şəhid versək də, xalqın iradəsi sınmayıb və milli ruhu sarsılmayıb.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Prezident İlham Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrinin, bu bəşəri cinayətdən zərər çəkən vətəndaşların sosial müdafiəsini daim diqqətdə saxlayır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.

20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin əmri ilə, həmin faciənin qurbanı olmuş şəhidlərin qaçqın ailə üzvlərinə və əlillərə, ümumilikdə, 21 şəxsə 200 manat məbləğində birdəfəlik maddi yardım edilib.

Azərbaycan xalqı 20 Yanvar qırğını zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış oğul və qızlarının xatirəsini hər zaman uca tutur və onları ehtiramla yad edir.

S.Xankişiyeva

 

Paylaş:
554

Son xəbərlər

İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamıBu gün, 10:45Qırğızıstan Prezidenti Azərbaycana gəlirBu gün, 10:38Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35
Bütün xəbərlər