Sevinc Fətəliyeva: “Bu layihəni həyata keçirməklə ölkəmiz Avrasiyanın yeni enerji xəritəsini tərtib edir” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “Bu layihəni həyata keçirməklə ölkəmiz Avrasiyanın yeni enerji xəritəsini tərtib edir”

14:31 - 12 / 08 / 2020
Sevinc Fətəliyeva: “Bu layihəni həyata keçirməklə ölkəmiz  Avrasiyanın yeni enerji xəritəsini tərtib edir”

“Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi  ölkəmizin ən böyük nailiyyətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası müstəqil dövlətimizin hərtərəfli inkişafının bünövrəsini təşkil edir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir”.

1news.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması da neft strategiyasının uğurla davam etməsinin əyani göstəricisidir.

"Neft strategiyası ölkəmizə yalnız sosial-iqtisadi dividentlər deyil, həm də siyasi dividentlər qazandırır. Belə ki, Azərbaycan ötən illər ərzində beynəlxalq müstəvidə əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib, dünyada etibarlı tərəfdaş imici qazanıb. Təbii ki, bu amillər Azərbaycanın müstəqil dövlət kimi dünyada yerinin və rolunun güclənməsində ciddi təsir göstərib".

Millət vəkili söyləyib ki, Prezident İlham Əliyevin iştirakı ilə dayaq blokunun göndərildiyi yataq müqəddəs torpağımız olan Qarabağın adını daşıyır:

“Dövlət başçısının qeyd etdiyi kimi, bu, rəmzi məna daşıyır. Cənab Prezident bildirib ki, bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Dövlətimizin başçısı həmçinin qeyd edib: “1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Cənab Prezidentin bu fikirləri xalqımızda bir daha əminlik yaradır ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq”.

Deputat qeyd edib ki,  hazırda ölkəmizin müəllifi olduğu ən böyük layihələrdən biri  olan Cənub Qaz Dəhlizinin tam reallaşması başa çatmaq üzrədir: “Dövlət başçısının qeyd etdiyi kimi, bu layihə də uğurla icra edilir, onun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Bu layihə nəticəsində Azərbaycan özünün ixrac potensilanı və coğrafiyasını genişləndirəcək. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Cənab Prezident bildirib ki, əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaq, biz həmin ölkəyə də qaz ixrac edə bilərik. Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür. Beləliklə, bu amil Azərbaycanın həmin ölkələrlə siyasi əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərə bilər. Cənab Prezident çox haqlı olaraq qeyd edib ki, Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir. Bu layihəni həyata keçirməklə ölkəmiz  Avrasiyanın yeni enerji xəritəsini tərtib edir”.

1news.az

Paylaş:
766

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər