“Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş dövlət rəhbərisiniz” – Prezidentə məktub | 1news.az | Xəbərlər
Siyasət

“Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş dövlət rəhbərisiniz” – Prezidentə məktub

16:18 - 09 / 07 / 2020
“Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş dövlət rəhbərisiniz” – Prezidentə məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Ümid Alxanov və Nurlan Paşayevdən, Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Biz Azərbaycan Respublikasının vətəndaşları, eyni zamanda tələbələr olaraq Sizə minnətdarıq. Hazırda bir çox ölkələr COVID-19 infeksiyasından çox əziyyət çəkir. Sayənizdə Azərbaycanda bu virusun təsir dairəsi digər ölkələrlə müqayisədə o qədər də çox deyildir. Biz gənclər yaxşı başa düşürük ki, qaydalara əməl etməklə bu bəlanın qarşısını az itki ilə ala bilərik. Bu çətin dövrdə sosial məsələlərə diqqəti daha da artırmağınız, xüsusilə həssas ailə qrupuna aid olan tələbələrin təhsil haqqının dövlətimiz tərəfindən ödənilməsi sevindirici haldır. Belə addımlar gənclərdə Vətənə, dövlətə olan məhəbbəti daha yüksəldir.

Əziz Prezidentimiz, taleyüklü məsələlərdə hər zaman xalqımızın yanında olduğunuza və köməyinizi əsirgəmədiyinizə görə Sizə dərindən təşəkkür edirik. Allah hər zaman köməyiniz olsun”.

Hökümə Cəfərovadan, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

“Biz birlikdə güclüyük!” çağırışınız, Mehriban xanım Əliyevanın COVID-19 infeksiyası ilə bağlı həmvətənlərimızə müraciəti bir daha sübut etdi ki, biz sabaha, rifaha doğru böyük ümidlərlə addımlayırıq. Çünki Azərbaycan xalqının arxasında güclü siyasətçi olan Prezident İlham Əliyev durur. Biz də xalq olaraq Sizi dəstəkləyirik və hər zaman Sizin yanınızdayıq. Sizə minnətdarlığımızı bildiririk.

Bəxtiyar Heraçiyevdən, Zaqatala, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Bu gün bütün dünyanı bürüyən, iflic vəziyyətinə salan koronavirus pandemiyası ilə mübarizədəyik. Bu mübarizədə infeksiyanm ölkəmizdə geniş yayılmaması üçün atdığınız ciddi və məqsədyönlü addımlarınızı dəstəkləyirik. Bu addımlarınız Sizin daim xalqımızın yanında olmağınızın bariz nümunəsidir. Dövlətimiz bütün imkanlarını epidemiyanın qarşısının alınmasına və fəsadlarının aradan qaldırılmasına yönəldib. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Sizinlə qürur duyuruq”.

Yasəmən Möhübbətqızı Əsgərovadan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Milli mətbuatimizin 145 illik yubleyinin keçirilməsi haqqında imzaladığınız Sərəncam media mənsubları arasında çox böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanmışdır. 2003-cü ildən uzun, şərəfli bir yol keçmiş "Dövlət və Qanun" qəzetinin kollektivi də bu Sərəncamınızı mətbuatımızın gələcək inkişafına verdiyiniz növbəti töhfə kimi qarşıladı. Dünyada və ölkəmizdə yayılan COVID-19 pandemiyasına qarşı gərgin mübarizə dönəmində, tariximizin əlamətdar hadisəsinə böyük diqqətiniz biz media işçilərində sabaha inam hissini bir daha artırdı. Qəzetimiz Sizin Prezident seçildiyiniz ilk gündən fəaliyyətə başlamış, ulu öndərimiz Heydər Əliyev ideyalarını əsas götürərək, Sizə dəstək verməkdədir. KİVDF-nin yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması kimi mühüm addımlarınızı həmişə alqışlamışıq. Yolumuzun düzgün istiqamətdə olduğunu bilərək, bu gün də işlərimizi operativ, keyfiyyətli və sədaqətlə davam etdirməkdəyik. Milli mətbuatımızın 145 illik yubileyi ərəfəsində mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandınlmasını tövsiyə etmisiniz. Bu, biz jurnalistlərin həvəslə fəaliyyət göstərməsinə Sizin tərəfinizdən böyük təkandır. Jurnalistlərə verdiyiniz dəyərə, etimada görə "Dövlət və Qanun" qəzetinin kollektivi adından Sizə dərin təşəkkürümüzü bildiririk, cansağlığı, uzun ömür, gərgin fəaliyyətinizdə bol-bol uğurlar arzu edirik”.

Minnurə Xəlilovadan, Zaqatala, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizi Muxax kəndinin bütün sakinləri adından salamlayır və koronavirus pandemiyası ilə əlaqədar görülən işlərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmək istəyirəm.

Siz hər zaman vətəndaşların qayğısına qalmısınız. Bu dəhşətli virusun dünyanı bürüdüyü bir dövrdə Siz hər birimizin Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Ölkəmizdə virusa qarşı mübarizə tədbirlərini izlədikcə Azərbaycanın daha uğurlu yollardan istifadə etdiyini görürük. Bu isə Sizin uzaqgörənliyiniz, qətiyyətiniz sayəsində baş verir.

Vətəndaşlara göstərilən diqqət və qayğıya görə bir daha Sizə və Mehriban xanıma minnətdarlığımı bildirir, güclü Azərbaycan naminə bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Allah Sizi var eləsin”.

Anar Abasəliyevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Siz ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını ali məqsəd kimi qarşıya qoymuş dövlət rəhbərisiniz və daim xalqın sosial rifahının yüksəldilməsi üçün tədbirlər görürsünüz.

Ulu öndərimiz Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanı davamlı şəkildə inkişaf etdirdiyinizə, ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etdiyinizə, dövlətimizin əsaslarını daha da möhkəmləndirdiyinizə, yeritdiyiniz uğurlu daxili və xarici siyasətə görə bir vətəndaş kimi Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin, Sizi və xalqımızı qorusun. İnanırıq ki, Allahın izni ilə və Sizin gördüyünüz tədbirlər sayəsində xalqımız bu bəladan qurtulacaq.

Yaşasın Azərbaycan”.

Könül Əsgərovadan, Qazax, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu gün COVID-19 pandemiyasının bütün dünyada kütləvi insan ölümünə səbəb olduğu zamanda, Sizin tərəfinizdən Azərbaycanın bu bəladan qorunması üçün zamanında operativ tədbirlər görülməsi, aztəminatlı ailələrə humanitar, maddi yardımlar ayrılmağı, sahibkarlara dəstək göstərilməsi göz önündədir. Bu dövrdə həkimlərimiz və polislərimiz əsl fədakarlıq göstərirlər. Xəstələrimizə Allahdan tez bir zamanda şəfa diləyirəm. İnşallah, ölkəmiz bu bəladan tezliklə qurtular.

Hörmətli cənab Prezident, Sizin atdığınız hər bir addımı dəstəkləyir və təşəkkürümü bildirirəm”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
731

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər