SOCAR yeni istiqrazlar buraxacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR yeni istiqrazlar buraxacaq

11:16 - 17 / 10 / 2019
SOCAR yeni istiqrazlar buraxacaq

2016-cı ildə buraxılan və vətəndaşlarımız üçün yeni yatırım fürsətləri təklif edən SOCAR İstiqrazları 17 oktyabr tarixində baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollarlıq gəlir qazandırdı və istiqraz sahiblərinin ümumi gəliri 15 milyon dollara yüksəlmiş oldu.

1news.az-a “SOCAR Capital” şirkətindən verilən məlumata verilən xəbərə görə, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının $1.25 milyonluq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.

İstiqrazların satış qiymətinin $1046.00-a qədər yüksəlməsi, təkrar bazar əməliyyatlarının həcminin $181 milyona çatması, bağlanmış əqd sayının 2.000-ə yaxınlaşması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının $32 milyonu ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.

Kapital bazarları və investorların mənfəətinə cavab verəcək faiz dərəcəsi, müddət və məbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.

SOCAR İstiqrazı sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan 2 il müddətinədək illik faiz dərəcəsi 15–16% olan Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 yanvar tarixində baş tutacaq.

S.Xankişiyeva

 

 

Paylaş:
589

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər